"Bu gün liberal dəyər cəmiyyət üçün maraqlı deyil"

11:46 06-05-2020 | icon 347 | Siyasət
"Bu gün liberal dəyər cəmiyyət üçün maraqlı deyil"

Fuad Əliyev: "Sosial problemlər cəmiyyətimizin ideologiyalara yanaşma tərzini çoxdan üstələyib"

 

"Yeni Azərbaycan Partiyası çalışır ki, liberal qanunlar, liberal dəyərlərlə fəaliyyət göstərsin".

 

Versus.Az xəbər verir ki, bunu müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

Bu gün Azərbaycanda heç bir ideologiyanın işləmədiyini deyən partiya sədri bunu bu ideologiyaların cəmiyyətə təsir gücünün demək olar ki, olmaması ilə əlaqələndirib. Hesab edir ki, bu gün adi vətəndaş çörək dalınca qaçmaq məcburiyyətindədir:

"Bu gün Azərbaycanda ideologiyalar formal xarakter daşıyır və bu ideologiyaların işlənməsi, təbliğatı üçün lazımı şərait yoxdur. Biz bu gün hansısa liberal dəyəri cəmiyyətə təqdim etsək də, bu, cəmiyyət üçün maraqlı deyil. Cəmiyyətə konkret olaraq hansısa iş yerinin açılacağıyla bağlı faktı təqdim etmək lazımdır. Sosial problemlər cəmiyyətimizin ideologiyalara yanaşma tərzlərini çoxdan üstələyib, onu arxa plana keçirib".

 

Dünya çapında liberal demokratların fəaliyyəti məsələsinə toxunan F.Əliyev Yaponiyanı misal göstərib:

"Liberallar və liberal demokratlar 1947-ci ildən Yaponiyada hakimiyyətdədirlər. 1951-ci ildən hakimiyyət liberallardan liberal demokratlara keçib. Bu günə gədər hakimiyyətdə olan liberal-demokratlar nümünəvi bir ölkə yaradıblar.

Digər bir misal. Mən 8 il bundan qabaq Vaşinqtonda olanda metrodakı qaranlığı görüb zarafatyana onlara dedim ki, bizim Tağı Əhmədov bunu görsəydi ürəyi partlardı. Bizdə metroda yanan işıqları görsəniz dəhşətə gələrsiniz. Niyə sizin metronuz bu vəziyyətdədir? Onlar mənə dedilər ki, “bizə əsas o lazımdır ki, vətəndaşın qarnı tox olsun, bütün imkanlardan yararlana bilsin. Amma Azərbaycanda adi bir keçidi tikib 3 milyon silirlər. Sizdə mərməri yerə döşəyirlər, kimə lazımdır bu?”. Ona görə də Amerikada liberal dəyərdən danışanda bunu dərk edib normal münasibət, normal mövqe nümayiş olunur. Amma bizdə liberal dəyərdən danışanda, adama deyirlər ki, qardaş, mənə bu dəyər lazım deyil, mənə lazımdır ki, evə gedəndə uşağımın istədiyini ona verə bilim. Bu gün problemi olan vətəndaşa mən hansı dəyərlərdən, hansı ideologiyadan danışa bilərəm?"

 

ALDP sədrinin fikrincə, Vətəndaşı qələbəyə aparan yol onun ailəsinin ehtiyaclarının təmin edilməsindən keçir:

“Vaxtilə sosializm şinelindən çıxan Rumıniyada liberallar hakimiyyətə gəldilər və onlar məcbur oldular ki, liberal dəyərlərə deyil, məhz sosial demokratiyaya üstünlük verib, bu ideologiyanın qanunlarıyla ölkəni idarə etsinlər. Və etdilər də. Bir müddətdən sonra hakimiyyətə sosial demokratlar gəldilər. Zaman onları da məcbur etdi. Onlar da dövləti sosial demokratiya qanunlarıyla deyil, məhz liberal demokratiyadan yararlanaraq idarəetmə metoduna güvəndilər. Yəni, cəmiyyətin tələbatına uyğun olaraq hakimiyyətlər öz addımlarını atırdılar".

 

"Bəs bugünkü hakimiyyət o tələbatı nəzərə alırmı?" sualına cavab olara F.Əliyev bildirib ki, YAP “Sosintern”in üzvüdür:

"Amma Yeni Azərbaycan Partiyası çalışır ki, liberal qanunlar, liberal dəyərlərlə fəaliyyət göstərsin. Çünki məcburdur. Artıq gedib Avropada digər birliklərə əməkdaşlıq edirlər". /Baku News/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI