"ABŞ-la FETÖ problemi davam edir"

14:33 06-05-2020 | icon 631 | Dünya
"ABŞ-la FETÖ problemi davam edir"

“ABŞ-la FETÖ problemi davam edir. ABŞ-ın S-400 zenit-raket kompleksini almamağımız, aldıqdan sonra isə istismara verməməyimiz istiqamətində tələbləri var. Konqresdəki atmosfer ortadadır”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV100-ə müsahibəsində deyib.

 

Nazir bildirib ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar Türkiyənin ABŞ-a tibbi ləvazimatlar göndərməsindən sonra müsbət vəziyyət yaranıb:

“İdlibdə rejimə qarşı apardığımız mübarizədən sonra da vəziyyət dəyişib. Türkiyənin rolunu daha yaxşı anlamağa başlayıblar”.

 

Türkiyə XİN başçısı qeyd edib ki, sabah ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı olacaq:

“Dialoqu davam etdirəcəyik. İki tərəfin də eyni şəkildə səmimi olması lazımdır”.

 

Çavuşoğlu Türkiyə - Avropa İttifaqı (Aİ) münasibətlərinə də toxunub. O vurğulayıb ki, Aİ Avropa xalqlarının da ümidlərini doğrulda bilmir:

“Türkiyə Avropa İttifaqının üzvü olsaydı, Aİ bu gün təkcə COVID-19-a qarşı yox, bütün çətinliklərlə mübarizədə daha güclü olardı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi