Beynəlxalq Dialoq və İnkişaf Alyansı QHT-lərə MÜRACİƏT etdi

12:03 07-05-2020 | icon 549 | Cəmiyyət
Beynəlxalq Dialoq və İnkişaf Alyansı QHT-lərə MÜRACİƏT etdi

"Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı Beynəlxalq Kampaniyaya qoşulaq

 

Beynəlxaq Dialoq və İnkişaf Alyansı Qeyri-Hökumət Təşkilatı rəhbərlərinə müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Beynəlxaq Dialoq və İnkişaf Alyansının Mətbuat Xidmətindən bildirilib.

 

Müraciətdə deyilir:

 

Hörmətli Qeyri-Hökumət Təşkilatı rəhbərləri,

Sizi COVİD-19 pandemiyasına qarşı "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı beynəlxalq kampaniyaya qoşulmağa dəvət edirik.


Bu ilin may ayından etibarən Fransanın Strasburq şəhərində yerləşən “COJEP International” beynəlxalq təşkilatın təşbbüsü ilə "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" adlı kampaniyaya start verilmişdir.


COVID-19 pandemiyasının yaratdığı qlobal geosiyasi, humanitar problemlər və sonrakı dönəmdə bu problemin aradan qaldırılmasının həllinə nail olmaq üçün dünyanın müxtəlif ölkələrində vətəndaş cəmiyyətləri qurumları ilə birgə "Vətəndaş cəmiyyəti, insanlıq nəfəsi" kampaniyaya başlamışdır. Əsas məqsəd dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən QHT-lərin bir araya gətirilməsi və birgə fəaliyyətin təşkilidir. Kampaniyaya qoşulmaqla mövcud prosesdə QHT-lərin qərar qəbuletmə və səmərəli proseslərdə yeri müəyyənləşəcəkdir. Kampaniya çərçivəsində ilk addım olaraq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus ilə audiovizual görüşün keçirilməsidir.


QEYD: Kampaniyaya qatılmaq istəyən QHT rəhbərlərinin +994 51 340 33 99 whatsapp nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməsi xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür