Məhərrəm Əliyev və Zakir Həsənov cəbhəboyu zonada növbəti hərbi hissədə olublar - VİDEO

13:20 07-05-2020 | icon 447 | Qarabağ
Məhərrəm Əliyev və Zakir Həsənov cəbhəboyu zonada növbəti hərbi hissədə olublar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

 

Sonra hərbi hissənin əsgər yeməkxanası, əsgər yataqxanası, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib. 

 

Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə ediblər.

 

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

 

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin