FİFA AFFA-ya oyun vaxtlarının azaldılmasını məsləhət edəcək

13:35 07-05-2020 | icon 1442 | İdman
FİFA AFFA-ya oyun vaxtlarının azaldılmasını məsləhət edəcək

FİFA koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatları ilə bağlı AFFA da daxil olmaqla, yerli futbol federasiyalarına müxtəlif təkliflər göndərməyə hazırlaşır.

 

Versus.Az xəbər verir ki, ali futbol qurumu çempionatlar bərpa olunduqdan sonra təqvim sıxlığının yaranacağını nəzərə alaraq, oyun vaxtlarının azaldılmasının tərəfdarıdır.

 

Qurum ölkə çempionatlarında matçların 90 dəqiqədən, həmçinin fasilələrin 15 dəqiqədən az olması ilə bağlı məsləhət verəcək. FİFA rəhbərliyi bununla futbolçuların çox yüklənməyəcəklərini və zədələnmə ehtimallarının azalacağını düşünür. Həmçinin oyunlar zamanı əvəzləmələrin sayının 4 və ya 5-ə yüksəldilməsi variantı da nəzərdən keçirilir.

 

Qeyd edək ki, koronavirus pandemiyası üzündən Belarus istisna olmaqla, Avropanın bütün ölkələrində milli çempionatlar dayandırılıb. Azərbaycan Premyer Liqasında isə mübarizə XX turdan sonra yarımçıq qalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin