Sabah arabir yağış yağacaq

13:56 07-05-2020 | icon 1598 | Gündəm
Sabah arabir yağış yağacaq

Mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Versus.Az-a bildirilib ki, havanın temperaturu Abşeronda gecə 12-14° isti, gündüz 19-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

 

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 75-85 % olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

Mayın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir.  Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol