“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edildi - VİDEO

10:42 08-05-2020 | icon 1550 | İqtisadiyyat
“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edildi - VİDEO

“Azərenerji” (ASC) Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkə enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekunlaşdırıb.

 

Versus.Az xəbər verir ki, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Bununla da qoyuluş gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının üçdə biri qədər gücü bərpa olunub. Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla Respublikanın 4-5 rayonunun elektrik enerji tələbatına bərabərdir.

 

Qeyd edək ki, “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı