DTX Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.
Versus.Az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında bildirilib.
Məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbər lenti
Urmiya gölünün son peyk görüntüsü
Gölün cənubunda suyun səviyyəsinin bir qədər çox...