"Əli Kərimliyə sözü "AXC-Müsavat" ifadəsi ilə deməyin yeri yoxdur"

14:42 08-05-2020 | icon 440 | Siyasət
"Əli Kərimliyə sözü "AXC-Müsavat" ifadəsi ilə deməyin yeri yoxdur"

Razi Nurullayev: "Xahiş edirəm, AXCP sədri olduğumu nəzərə alıb, çıxışlarınızda buna diqqət edəsiniz"

 

“Deputatlar AXC-Müsavat adını tez-tez çəkirlər”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, AXCP-nin sədri odur:

“Mən 2015-ci ildən böyük məşəqqətlər keçərək bura gəlmişəm. Bu Məclisdə AXC şinelindən çıxmış çox hörmətli millət vəkillərimiz var. Mənə elə gəlir ki, biz qəbul ediriksə ki, bütün pisliklərin arxasında Əli Kərimli dayanır, gəlin onun adıyla deyək. Əli Kərimliyə sözü dolayı yollarla AXC-Müsavat ifadəsi ilə deməyin yeri yoxdur. Müsavatın adını çəkməyin isə heç yeri yoxdur. Mən burada Müsavatın təmsilçisi deyiləm, sadəcə, ədalətin bərqərar olmasını istəyirəm. Ona görə də xahiş edirəm, mənim AXCP sədri olduğumu nəzərə alaraq çıxışlarınızda buna diqqət edəsiniz”.

 

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, həmin dövrü təftiş edəndə məsələni bir-iki nəfərlə əhatə etmək mümkün deyil:

“Onlar elə bil hamısı bir yerə yığılmışdı. O Müsavatla indiki Müsavatı qarışdırmayın. O Müsavat İsa Qəmbərə vəsiyyətlə verilməmişdi. İndi ölkədə nə qədər adamın adı Həsən, Hüseyndir. Onların hamısı imam deyil ki...”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI