"Prezident İlham Əliyev bunu bacardı"

16:30 08-05-2020 | icon 461 | Siyasət
"Prezident İlham Əliyev bunu bacardı"

Əlisahib Hüseynov: "O, bu görüşdə sözün əsl mənasında bir dünya lideri kimi fəallıq göstərdi" 

 

 

"Bu həftə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşünü istər Azərbaycan, istərsə də dünya KİV-ləri geniş şəkildə işıqlandırdı. Dünyanın ən mötəbər nəşrlərində bu görüş barədə xəbərlər, şərhlər dərc olundu. Eləcə də bir çox nüfuzlu ekspertlər həm Zirvə görüşünün məqsəd-məramını, həm də ki, İlham Əliyevin bu görüşün təşkilindəki mühüm rolunu detallı şəkildə şərh etdilər. Zirvə görüşünün səhərisi günü mən də rəhbərlik etdiyim partiyanın bu Zirvə görüşü ilə bağlı mövqeyini açıqlamışdım. Ancaq bu gün yenidən bu mövzuya qayıtmaq istəyirəm. Çünki hesab edirəm ki, sözügedən Zirvə görüşünün bir sıra önəmli məqamları ictimaiyyətimiz üçün ətraflı şərh olunmalıdır".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədrinin fikrincə, bu Zirvə görüşü onu göstərdi ki, Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilata formal şəkildə yox, real olaraq rəhbərlik edir və Azərbaycan Prezidenti İlham Əliyevin bu Hərəkata sədrliyi təşkilatın fəaliyyətinin ən hərəkətli, dinamik dövrü kimi tarixə düşəcək:

"İlham Əliyev özünü beynəlxalq bir təşkilatın rəhbəri ampluasında çox rahat hiss edir və dünyada gedən qlobal proseslərə adekvat reaksiya verməyi, proseslərin nəbzini tutmağı bacarır. Elə sözügedən Zirvə görüşünün İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi də az öncə qeyd etdiyim adekvat və çevik reaksiyanın təzahürüdür. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının lideri kimi tam da zamanında hiss etdi ki, pandemiya nəticəsində yaranmış dünyanın hazırki böhranlı durumunda belə bir Zirvə görüşünün keçirilməsinə hava-su kimi ehtiyac var. Sonradan Zirvə görüşünün gedişatı və nəticələri də bu həqiqəti təsdiqlədi ki, görüşün keçirilməsinə qərar verilməsi tamamilə doğru addım imiş. Yəni ki, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü özünü həqiqətən də doğrultdu".

 

Ə.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev bu görüşdə sözün əsl mənasında bir dünya lideri kimi fəallıq göstərdi:

"O, dünyanın 40-dan artıq dövlət və hökumət başçısını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini bu Zirvə görüşü çərçivəsində bir araya gətirməyi bacardı. İlham Əliyev Qoşulmama Hərəkatının üzv dövlətlərini və beynəlxalq təşkilatları dünyanı bürümüş Covid-19 bəlasına qarşı ümumi mübarizəyə, əməkdaşlığa və tərəfdaşlığa, birgə fəaliyyətə dəvət etdi. Çünki indiki mürəkkəb və həssas şəraitdə birgə fəaliyyət və əməkdaşlıq həqiqən də çox vacib məsələdir. Zirvə görüşündə istər Azərbaycan Prezidentinin çıxışında, istərsə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreisusun məruzəsində açıq mətnlə qeyd olundu ki, indi heç bir ölkə pandemiyaya qarşı təkbaşına, əlahiddə şəkildə effektiv mübarizəni təşkil edə bilməz. Bununçün səyləri birləşdirmək, təcrübələri bölüşmək, qarşılıqlı yardımlaşmanı həyata keçirmək və həmrəylik nümayiş etdirmək lazımdır. Zirvə görüşünün ən önəmli nəticəsi də məhz bu birliyə, bu həmrəyliyə, pandemiyaya qarşı birgə mübarizə aparılmasına, birgə çıxış yollarının axtarılmasına qərar verilməsi oldu. Bu olduqca mühüm məqamdır və bu mənada, İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşünü pandemiyaya qarşı qlobal həmrəylik aktı kimi, nümunəsi kimi də dəyərləndirmək olar".

 

DADP sədri onu da vurğuladı ki, Zirvə görüşü ilə bağlı digər bir önəmli məqam təşkilatçı tərəfin – yəni Azərbaycanın multilateralizm prinsipinə uyğun olaraq hərəkət etməsi oldu:

"Multilateralizm nə deməkdir? Multilateralizm tarixin həlledici məqamlarında bir dövlətin çoxtərəfli fəaliyyət prinsipi əsasında hərəkət etməsi, bir neçə ölkəni deyil, bir çox ölkələri ümumi prosesə cəlb etməsi və mövcud imkanlardan bütün iştirakçı dövlətlərin yararlanmasını təmin etməsi deməkdir. Azərbaycan Prezidenti məhz bu nümunəni ortaya qoydu və ÜST-ə növbəti dəfə maliyyə yardımı göstərməklə ölkəmizin və xalqımızın humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycanın bu cür xeyirxah davranışı həm ÜST-ün Baş direktoru tərəfindən, həm də Zirvə görüşünün iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Onların hər biri dövlət başçımızın bu addımını yüksək qiymətləndirdilər.

Azərbaycanın bu cür kritik məqamda belə bir xoş məram nümayiş etdirməsi dünya mətbuatında da xüsusi qeyd olundu. Odur ki, bu Zirvə görüşünün beynəlxalq miqyasda təqdirlə qarşılanması, müsbət rezonans doğurması tamamilə təbiidir. Belə bir nəticə gözlənilən idi. Və bundan sonra Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bizdən nümunə götürüb analoji addım atmaları üçün də presedent yaranmış oldu. Məhz bu cür müsbət amillərə görə dünyanın diqqəti bu həftə yenə də Bakıya yönəldi. Bu gün biz əminliklə söyləyə bilərik ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycan öz üzərinə düşən qlobal vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın bu uğuruna görə həqiqətən də sevinməyə və qürur duymağa dəyər. Böyük şairimiz Məhəmməd Hadinin məşhur fikirinə istinadən qeyd etmək istəyirəm ki, bu gün millətimizin və dövlətimizin imzasını imzalar içində görmək çox xoşdur".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”