Deputat seçiciləri ilə növbəti online görüş keçirib

16:56 08-05-2020 | icon 431 | Siyasət
Deputat seçiciləri ilə növbəti online görüş keçirib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə 250-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə Tovuz rayonundan olan 250-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
 
 
Qeyd edək ki, müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.
 
 
Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.
 
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə 150-dən çox aztəminatlı ailəyə maska və tibbi-gigiyenik vasitələr göndərilib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı