"140 minlik partiyamız daim Prezidentin yanında olub və olacaq”

18:28 08-05-2020 | icon 619 | Siyasət
"140 minlik partiyamız daim Prezidentin yanında olub və olacaq”

Könül İsmayılova: "Dövləti və dövlətçiliyi dəstəklədiyimizə görə bəzən yersiz hücumlara məruz qalırıq"

 

Bu gün Müasir Müsavat Partiyası ideololji sahədə çox böyük uğurlu siyasət həyata keçirir. Bu sahədə uzunmüddətli təcrübəsi olan bir psixoloq kimi vətəndaşlarla, partiyamızın üzvləri ilə hansı formada danışıq aparmağı, onlarla necə işləməyi yaxşı bilirəm”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının İdeoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova deyib.

 

K.İsmayılova bildirib ki, partiyada ideoloji sahə ona tapşırılandan sonra, ilk növbədə şəhər və rayon təşkilatlarında müavinlərin təyinatına diqqət edib. Çalışıb ki, ideoloji sahəyə baxan müavinlər ali təhsilli, dövlətçiliyə sadiq, xalq arasında ideoloji təbliğatı qurmağı bacaran şəxslərdən ibarət olsun.

 

K.İsmayılova MMP-nin yarandığı gündən indiyədək dövlətçilik, dövlətçiliyin qorunması, müstəqilliyin daimi və əbədi olması üçün həmişə dövlətin yanında olduğunu qeyd edib.

 

Sədr müavini onu da bildirib ki, ölkədə pandemiya dövrü yaşansa da, MMP siyasi fəaliyyətlərini dayandırmayıb. Belə ki, hər həftə partiyanın şəhər və rayon təşkilatları, Qadınlar Şurası, Gənclər Təşkilatları ilə birgə online görüşlər keçirilir, ölkədə gedən siyasi proseslər təhlil edilir. K.İsmayılovanın onlara əsas tapşırıqları ölkə prezidentinin apardığı uğurlu siyasəti və korrupsiyaya qarşı mübarizəni sadə vətəndaşlar arasında geniş təbliği ilə bağlı olur:

“9 fevral növbədənkənar parlament seçkilərində namizədliyimi verdiyim rayon ərazisində də apardığım ideoloji və siyasi iş, o çümlədən dövlətçiliyə sadiq olmagımız mənə böyük kömək oldu. Partiyamızın dövlət başçısına həmişə sadiq olması sadə vətəndaşlar arasında apardığım təbligat təşviqat işlərində mənə böyük siyasi divident gətirdi. Məhz buna görə seçicilərim mənə böyük ümidlərlə səs verdilər. Təəssüflər olsun ki, qalib olsam da, qələbəmi reallaşdıra bilmədim. Lakin bu məni və partiyamızı ruhdan salmadı”.

 

K.İsmayılova bildirdi ki, MMP-nin illərdir apardığı siyasi xəttə sadiq qalaraq dövlət başçısının həmişə yanında olması və ideoloji baxımdan bütün cəbhə boyu müdafiə etməsi bu gün də öz təsdiqini tapır. Könül xanım bu gün ölkədə korrupsiyaya qarşı mübarizədə, kadr islahatlarının, iqtisadi islahatların aparılmasında daima prezidentin yanında olduqlarını və bu islahatları dəstəklədiklərini dedi:

“Dövləti və dövlətçiliyi dəstəklədiyimizə görə bəzən çox yersiz hücumlara məruz qalırıq. Amma bu, partiyamızda ruh düşkünlüyü yaratmır. Əksinə, apardığımız ideoloji, siyasi işlərimizi daha da gücləndiririk. MMP bizi bu yoldan çəkindirmək istəyən korrupsioner məmurların tör töküntüləri, o cümlədən xarici qüvvələr tərəfindən maliyyələşən bəzi siyasətbazların üzərində həmişə qalib olub”.

 

Könül Xanım ölkə başçısının koronavirusla mübarizə siyasətinə də toxundu:

“Prezidentimizin öz xalqına olan sədaqəti, məhəbbəti və son vaxtlar dünyanı bürümüş karonavirus bəlasından xalqını az itkilərlə çıxara bilməsi təqdirəlayiqdir. Onun hər an xalqının yanında olmasını, bu və ya digər sahələrdə gördüyü müsbət işlərin nəticələrini partiyamız yüksək qiymətləndirir. Məhz bu cür halları nəzərə alan 140 minlik partiyamız daima Prezident İlham Əliyevin yanında olub və olacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”