Odlardan keçən Ömür...

12:25 09-05-2020 | icon 1373 | Cəmiyyət
Odlardan keçən Ömür...

Orta məktəbin son sinifləri özünü artıq yetkin insan sayan gənclər üçün nə qədər romantik, nə qədər əsrarəngizdir. İnsanın qəlbi min bir arzu, xəyalla dolur.

 

Bir il sonra orta məktəbi bitirmək, Bakıda ali məktəbə daxil olmaq, şən və maraqlı, zəhmət və məna dolu tələbəlik illəri keçirmək onun da ilk gənclik arzusu idi. Lakin, əfsus!.. Necə deyərlər, sən saydığını say...

 

Neçə-neçə cavanlar kimi, onun da bu arzusu yarımçıq qaldı. “Dava başlandı” sözü ildırım sürətilə vətənimizin hər tərəfinə yayılanda Ağadadaş Neftçala rayonunun Xıllı qəsəbə orta məkətəbinin 9-cu sinfini yenicə bitimişdi.

 

Orta məktəb müəllimlərinin əksəriyyəti cəbhəyə getdiyi üçün məkətəblərdə onları əvəz edən kadrlar çatışmırdı. Buna görə də 9-10 siniflərdə yaxşı oxuyan şagirdləri müəllimliyə göndərməyə başladılar. Ağadadaşı da təhsildən ayrılıb Xıllı rayonunun Qədimkənd orta məktəbinə müəllim göndərdilər. O, burada bir il Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs dedi. Məktəbin ictimai həyatında fəal iştirak etdi, kənddə təsərrüfata yaxından köməklik göstərdi.

 

1942-ci ilin sentyabrında Xıllıdan Sovet ordusu sıralarına çağırılanların arasında Ağadadş Dadaşovun da adı vardı. Hələ 18 yaşı tamam olmamış Ağadadaş qısa müddətli hərbi hazırlıqdan sonra xidmət etdiyi hərbi hissə ilə birlikdə ön cəbhəyə göndərildi. Əvvəlcə 165-ci əlahiddə atıcı briqadasının, sonra isə əlahiddə 8-ci qvardiya atıcı briqadasının tərkibində Şimali Qafqazda, xüsusilə Krasnodar, Tuapse və Novorossiysk şəhərləri ətrafındakı döyüşlərdə mərdliklə vuruşdu. Onun arzusu düşməni yuvasına qədər qovmaq və əzmək idi. Lakin 43-cü ilin may ayında Norossiysk şəhəri uğrunda gedən ölüm-dirim döyüşündə ağır yaralanır.

 

Əsgər dostlarından birinin dediklərindən:

“Ağadadaşla bərabər iki əsgər dostumuzu kəşfiyyata göndərdilər... Onlar irəlidəki yerlərin boş olmasını müəyyənləşdirməliydilər. Amma əsgərlərin heç biri kəşfiyyatdan qayıtmadı. 2 gündən sonra həmin əraziyə daha bir kəşfiyyat qrupu göndərdilər. Bu dəfə kəşfiyyatçılar həm lazımı xəbərlə həm də minaya düşüb yaralanmış Ağadadaşla qayıtdılar. Əsgər iki gün yaralı vəziyyətdə qarın altında qalıbmış və xoşbəxtlikdən iniltisini döyüş yoldaşları eşidərək, onu qarın altından çıxarıb dəstə yerləşən yerə gətirdilər”.

 

Bu hadisədən sonra Ağadadaş Böyük Vətən Müharibəsinin 2-ci dərəcəli əlili kimi ordudan təxris olunur. Onun iki ayağı da donduğundan pəncələri tam yarıdan kəsilmişdir.

 

Ağadadaş müəllim əynindən əsgər şinelini çıxarmadan yenidən müəllimlik fəaliyyətinə başlayır. Orta təhsilini davam etdirməklə yanaşı, rayonun “Kommunizm yolu” qəzeti redaksiyasında məsul katib vəzifəsində işləyir.

 

1945-ci ildə müvəffəqiyyətlə qəbul imtahanlarını verib, universitetin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinə daxil olur və bundan sonra taleyini bu böyük elm ocağı ilə bağlayır. O, təhsil illərində özünü əlaçı tələbə, bacarıqlı komsomolçu, gözəl ictimaiyyətçi kimi göstərir, 1947-ci ildə Sov.İKP sıralarına qəbul olunur. Nizami adına təqaüdə layiq görülür.

 

1950-ci ildə fərqlənmə diplomu ilə təhsili başa vuran A.Dadaşov fakültədə Yaxın Şərq Xalqları Ədəbiyyatı tarixi kafedrasının assistenti vəzifəsində saxlanılır və ömrünün sonuna kimi də orada müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. “Fars ədəbiyyatı tarixi”, “Fars ədəbiyyatından seçmə kursr”, “Fars folkloru” fənnlərindən mühazirələr oxuyur. Elmi cəhətdən yüksək səviyyəli mühazirələrinə, qayğıkeşliyinə və insanpərvərliyinə görə Ağadadş müəllim tələbələrin hörmətini qazanmışdır.

 

Ağadadaş müəllim fars ədəbiyyatı tarixinin müxtəlif problemləri barədə onlarca əsərin müəllifidir. O, ittifaq və respublika miqyasında şərqşünaslıq məsələlərinə həsr olunmuş elmi simpozium, konfrans və sessiyalarda orijinal məruzələrlə çıxış etmişdir.

 

A.Dadaşov gənc şərqşünas alimlərin yetişməsində əlindən gələni əsirgəmirdi. O, Azərbaycan SSR EA Yaxın və Orta Şərq xalqları institutunun ixtisaslaşmış elmi müdafiə şurasının üzvü kimi müdafiəyə təqdim edilmiş namizədlik dissertasiyalarının müzakirə və müdafiəsində iştirak edir, gənclərə dəyərli məsləhətlər verir, SSR-nin başqa şərqşünaslıq mərkəzlərində hazırlanan elmi əsər və dissertasiyalara rəy verir.

 

Ağadadaş müəllim eyni zamanda gözəl tərcüməçi idi. O, illərlə xarici ölkələrdə tərcüməçi işləmişdir. Əfqanıstanda sovet mütəxəssisləri nümayəndə heyətinin tərkibində mütərcim vəzifəsində işləyən A.Dadaşov, doğma Vətənə Əfqanıstan dövlətinin “Qızıl medalı” ilə qayıtmışdır. 1968-1971-ci illərdə isə İranda Sovet ittifaqının texniki köməkliyi ilə tikilən metallurgiya zavodunda işləyəcək mütəxəssislər hazırlayan texniki-tədris məktəbində mütərcim işləmiş, ilk dəfə olaraq, İsfahanda “Rusca-farsca müxtəsər texniki” lüğət hazırlayıb çap etdirmişdir.

 

A.Dadaşov fakültədə işlədiyi illər ərzində özünü görkəmli pedaqoq, alim və fəal ictimiyyətçi kimi göstərmişdir. Dəfələrlə fakültə partiya təşkilatının katibi seçilmiş, Universitet həmkarlar komitəsinn sədri işləmiş, universitet partiya komitəsinin üzvü seçilmiş, fakültə “Bilik” cəmiyyətinin sədri, müdiriyyət üzərində partiya nəzarəti qrupunun sədri olmuşdur.

 

A.Dadaşovun cəbhədə göstərdiyi igidliklər, 37 illik elmi-pedaqoji və ictimayi fəaliyyəti partiya və hökumət tərəfindən çoxlu medallarla, fəxri fərman və təşəkkürlərlə qiymətləndirilmişdir.

O, “Mirzadə Eşqinin həyat və yaradıcılığı” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, filolologiya elmləri namizədi alimlik dərəcəsi aldı.

 

A.Dadaşov SSRİ-nin müxtəlif respublikalarında Fars ədəbiyyatı tarixi mövzusunda keçirilən elmi konfrans və konqresslərin fəal iştirakçılarından biri idi. Həmçinin o, müasir fars yazıçısı “Yahya Dövlətabadinin yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi. Əfsus! Əcəl aman vermədi.

 

Çap etdirdiyi kitablar:

Klassik fars şairi

Mirzadə Eşqinin

Yaradıcılığında

Siyasi motivlər

“Rusca-farsca müxtəsər texniki

lüfət” və yarımçıq qalan,

müasir fars yazıçısı “Yəhya

Dövlətavadının yaradıcılıq

yolu”.

 

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI