Böyük babamın şərəfli yolu

13:07 09-05-2020 | icon 4387 | Uşaq Dünyası
Böyük babamın şərəfli yolu

Mənim ULU BABAM Böyük Vətən Müharibəsində qəhrəmancasına vuruşmuşdur. İndi isə Sizə canımdan çox sevdiyim nənəmin atası, böyük babam, başından və qolundan ağır yaralar almış ƏSGƏROV BALAY BALAKİŞİ OĞLUNUN (1912-08.03.1990) ŞƏRƏFLİ YOLUNDAN DANIŞMAQ İSTƏYİRƏM!

 
 
O, həmin böyük babam idi ki, onu Xocavənddə tanımayan yox idi. Sinəsindəki medalların sayı-hesabı da yox idi.
 
 
Böyük babam BALAY 1912-ci ildə doğma rayonum Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdu.
1941-ci ildə Böyük Vətən Müharibəsində qəhrəmancasına vuruşmuşdu. 1941-ci ildə müharibəyə başlayan vaxtlar ata olmuşdu. O zaman mənim nənəm dünyaya gəlmişdi. Onun muştuluğunu isə qardaşı Qaçay məktubda vermiş və adını da özü qoymuşdu.
 
 
Qaçay babam müharibədə topçu olmuş və müharibəyə atılsa da, bir daha geri qayıtmamışdır.
 
Balay babam Simferopol, Kursk kimi qanlı döyüşlərdə iştirak etmişdir. Həmin müharibələrdən birində başından və qolundan ağır yaralar almışdır və buna görə 1943-cü ildə ordudan tərxis olunmuşdu. Başındakı yara sağalsa da, qolundakı qəlpə onun ömrünün axırına kimi qolunda qalmışdı və qolu nazilmişdi.
 
 
Müharibədən qayıdandan sonra Xocavənddə quruculuq işlərində fəal iştirak etmişdir. Xocavənd rayonu (keçmiş Martuni) Qaradağlı kəndində kolxoz idarə heyətinin sədri, Muğanlı kəndində Partiya Şurasının sədri, Xocavənd Rayon Partiya Bürosunun Muğanlı kənd Şurasının sədri, Maldarlıq Kompleksinin sədri olmuşdur.
 
 
Babam Əmək Veteranı, Müharibə Veteranı, Böyük Vətən Müharibəsinin 20,30,40 illik medallarına və digər medallara layiq görülmüşdür.
 
Xocavənd rayonu üzrə(keçmiş Martuni) yeganə Azərbaycanlı olub ki, Rayon Partiya Bürosunun üzvü olub. İşində göstərdiyi nailiyyətlərə görə Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə nümayəndə olaraq göndərilmişdir.
 
 
Balay babam 20 Yanvar faciəsinə dözmədiyinə görə səhhətində problemlər yaranmış və 8 mart 1990-cı ildə vəfat etmişdir. Təəssüf ki, əzizlərinin Xocavəndin işğal olunacağına inanmadığı üçün Balay babamın medalları da, evi də, qəbri də Muğanlıda qaldı...
 
 
Allah Balay babam, Qaçay babam, Mayıl babama və bütün həyatda olmayan Veteranlarımıza rəhmət eləsin! AMİN!
 
 
ƏZİZ BABALARIM, MƏN SİZİ GÖRMƏSƏM DƏ SİZİNLƏ FƏXR EDİRƏM!
BİLİRƏM Kİ, DOĞMA XOCAVƏNDİN SƏNİ UNUTMUR!
 
 
 
SEVİNDİK NƏSİBOĞLU
/Xocavənd Əmirallar
/
Xocavənd 3 Saylı Məktəb/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir