AzTV ilə bağlı məhkəməyə müraciət olunub

14:30 09-05-2020 | icon 982 | KİV
AzTV ilə bağlı məhkəməyə müraciət olunub

"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

 

MTRŞ-dan Versus.Az-a verilən məlumata görə, iclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

 

Mayın 5-də “Space” televiziya kanalının efirində yayımlanan “Böyük boss” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

 

Həmçinin, “Azərbaycan Televiziyası” (AzTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI