"Paşinyanın “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir"

14:36 09-05-2020 | icon 415 | Geopolitika
"Paşinyanın “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir"

XİN sözçüsü Paşinyanın Şuşaya “Qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edib

 

Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş Nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “Qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edib.

 

Versus.Az-ın məlumatına görə, Abdullayeva bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.

 

“Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “qələbə” nitqi ilə çıxış edən N.Paşinyan, yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış, münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.

Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-quo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.

Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur”, - deyə XİN sözçüsü vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin NƏTİCƏLƏRİ

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Bu ölkədə ən yaşlı qadının 117, ən yaşlı kişinin isə 110 yaşı var

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS