HEYDƏR ƏLİYEV - Missiyalı Lider

13:45 10-05-2020 | icon 822 | Kürsü
HEYDƏR ƏLİYEV - Missiyalı Lider

Yüz ildə bir dəfə doğulanlar

ƏLİSAHİB HÜSEYNOV
/DADP sədri/

 

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ilini qeyd edirik. Hesab edirəm ki, Heydər Əliyevin ömür yolunu, siyasi fəaliyyətini, liderlik keyfiyyətlərini öyrənmək və bu təcrübədən, bu irsdən öz gündəlik işində istifadə etmək hər bir siyasətçi üçün faydalı olar.

 
 
Mən bunu qəti əminliklə deyirəm ki, Heydər Əliyev siyasi düşərgəsindən, ideoloji mövqeyindən asılı olmayaraq hər bir siyasətçi, ictimai xadim üçün məktəbdir, xəzinədir.
 
 
Tarixdə adları qalan və ya unudulan liderlər çox olub. Heydər Əliyev tarixdə adı qalan, tarixdə iz qoymuş liderlərdəndir. Unudulub tarixdən silinən liderlərdən fərqli olaraq Heydər Əliyev kimi liderlər missiyalı liderlərdir. Onlar öz xalqları, bütövlükdə insanlıq üçün mühüm missiyaların yerinə yetirilməsindən ötrü doğulurlar.
 
 
Heydər Əliyev kimi nəhəng siyasi şəxsiyyətlər yüz ildə bir dəfə doğulurlar. Onun Missiyası tariximizin ən mürəkkəb məqamlarından birində - ötən əsrin 90-cı illərində xalqımızın varlığını qoruyub saxlamaq, dövlətçiliyimizi yaşatmaq və Türk Dünyasının siyasi-iqtisadi birlik halına gəlməsi üçün gərəkən addımları atmaq idi. Heydər Əliyev usta siyasətçi, müdrik dövlət adamı kimi bu vəzifələrin hər birinin öhdəsindən layiqincə gəldi.
 
 
Heydər Əliyevin müstəqil Azərbaycanın lideri kimi hakimiyyətdə olduğu on illik dönəm (1993-2003-cü illər) mənim nəzərlərimdə tariximizin ən parlaq, qızıl dövrlərindən biridir. O, müasir tariximizin olduqca kritik bir məqamında – 1993-cü ildə Azərbaycanın böyük siyasət səhnəsinə qayıtmaqla ölkəmizi parçalanmaqdan qorudu. Mən həmin dövrü yaxşı xatırlayıram. Bu tarixi əsla unutmaq olmaz. Həmin məqamda tamamilə ümidsiz vəziyyətə düşmüş, vətəndaş müharibəsi həddinə gəlib çatmış və separatçıların bölücülük planları ilə baş-başa qalmış bir ölkəni ayaqda saxlamaq, onu qorumaq və xalqı böhrandan çıxarmaq həqiqətən də böyük tarixi Missiya idi. Xilaskarlıq Missiyası idi.
 
 
Elə təkcə bu Missiyasına görə ölməz liderimiz Heydər Əliyevi hər zaman böyük minnətdarlıq hissi ilə xatırlamağa, yad etməyə dəyər.
 
Doğum günün mübarək olsun, Ulu Öndər!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI