HEYDƏR ƏLİYEV - Tarixin əsas simalarından biri

13:59 10-05-2020 | icon 1688 | Kürsü
HEYDƏR ƏLİYEV - Tarixin əsas simalarından biri

Təbiətdən gələn fitri istedad, liderlik xüsusiyyətləri, insanlara dərin sevgi...

AYDIN MİRZƏZADƏ
/deputat/

 

Bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olan gündür.

 
Heydər Əliyevi Azərbaycan xalqının zəngin tarixi, mənəvi dəyərləri, sağlam cəmiyyət mühiti formalaşdırdı. Təbiətdən gələn fitri istedadı, liderlik xüsusiyyətləri, insanlara dərin sevgisi onu tarixin əsas simalarından birinə çevirdi.
 
 
Təhlükəsizlik orqanlarında işləyərkən həmin strukturun vətəndaşları cəzalandıran orqandan vətəndaşları qoruyan orqana çevrilməsi, Sovet Azərbaycanına rəhbərlik edərkən respublikanın SSRİ-nin inkişaf etmiş bölgələrindən biri cərgəsinə çıxması, Azərbaycanın və mədəniyyətimizin sovetlər birliyində və dünyada tanınması məhz onun fəaliyyəti nəticəsində mümkün oldu.
 
 
Onun SSRİ -nin rəhbərlərindən biri olması türk dünyasının qələbəsi və təntənəsi idi. Heydər Əliyev Moskvada səmərəli işləməyin, insanlara qayğının nümunəsini göstərdi, ölkənin bütün regionlarının inkişafını gündəmə gətirdi.
 
 
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi zamanın tələbi idi. Onun sayəsində Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi aradan qalxdı, bir sistemdən digərinə ağrısız keçilməsi təmin edildi, geniş islahatlarla dinamik inkişafın əsası qoyuldu. Hüquqi dövlət, sosial qayğı, dünya birliyində nüfuz, müstəqilliyimizin qorunmasının ciddi bünövrəsi Prezident Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi.
Heydər Əliyev hər birimiz üçün müasirlik, ölkənin hərtəfli inkişafı, insanların problemlərinin daima dövlətin diqqətində olması, tarixə hörmət və dəyərlərin qorunması, azərbaycançılıq simvoludur.
 
Azərbaycan xalqı onun əziz xatirəsini həmişə uca tutacaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI