İlk dəfə idi ki, Prezidentimə səslənirdim - VİDEO

21:16 10-05-2020 | icon 475 | Siyasət
İlk dəfə idi ki, Prezidentimə səslənirdim - VİDEO

Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda…

Dr.RƏŞAD MAHMUDOV
/Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru,
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri
/

 

ARXİV: 2009-cu il. 11 il əvvəl bu gün… Saatlar eyni, dəqiqələr fərqli!..

 

 

Bu kadrları seyr etdikcə fərq etdim ki, hiss və həyəcanım dəyişməmiş bu gün də... Nitqimin ilk anlarında səsimdə duyulan titrəklik sonadək dizlərimdə duyuldu. Niyə?

 

İlk dəfə idi ki, Mehriban xanımla görüşürdüm… İlk dəfə idi ki, Prezidentimə səslənirdim… Ulu öndərin adını daşıyan fondun ilk mükafatına layiq görüldüyüm anları yaşayırdım ilk dəfə!.. Və mən səhiyyəçilər adından ilk dəfə idi ki, çıxış edirdim… O anları unutmaq olarmı? Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda…

 

…Bir gün əvvəl Qazaxda humanitar aksiya çərçivəsində uşaqlar üzərində əməliyyatlar apararkən zəng gəldi. “Bakıya gəl!” dedilər. Səbəbini bilmirdim... Amma bu gün…

 

Bu gün bilirəm və anlayıram bu məsuliyyəti!.. Və əslində, bu gün bütün səhiyyə işçiləri anlayır bu məsuliyyəti:

 

VƏTƏNƏ NAMUSLA XİDMƏT!
SƏNƏTƏ VƏ MİLLƏTƏ LƏYAQƏT!
XALQIN, VƏTƏNDAŞIMIZIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURMAQ!
GÖRDÜYÜMÜZ İŞƏ İNANMAQ VƏ İNANDIRMAQ!
ULU ÖNDƏRİMİZİN AZƏRBAYCANÇILIQ MİRASINA SƏDAQƏT!..


Və…

Unudulmaz “QIZIL ÇİNAR”lara layiq olmaq əzmimizi və əməyimizi ortaya qoymaq, müstəqil və əbədi AZƏRBAYCAN sevgisiylə çalışmaq!!!

 

QEYD: 2007-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində bölgələrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə humanitar aksiya - açıq ürək əməliyyatlatları keçirilib. Rəhbərliyim ilə həyata keçirilən bu əməliyyatlar zamanı yüzlərlə insan şəfa tapıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı