Həyatımda çox şey öyrəndiyim böyük LİDER

18:54 10-05-2020 | icon 1077 | Kürsü
Həyatımda çox şey öyrəndiyim böyük LİDER

Hər zaman böyük sevgi ilə xatırlanacaqsız

QƏNİRƏ PAŞAYEVA
/deputat/

 

Ümummilli liderimiz, mənim və onlarla jurnalistin, minlərlə gənc insanın, bütün xalqımızın və dövlətimizin həyatında böyük rolu və müstəsna xidmətləri olan Heydər Əliyevin doğum günüdür.

 

İllər keçir, amma illər onun nə qədər böyük bir Lider, Şəxsiyyət və İnsan olduğunu daha da çox hiss etdirir, anladır bizə.

 

Həyatımda çox şey öyrəndiyim böyük Lider, əziz İnsanı hər zaman sevgi, sayğı və rəhmətlə anıram. Milyonlarla azərbaycanlı sadəcə bu gün deyil, hər zaman onu sevgi, sayğı və rəhmətlə anır.

 

Onunla son müsahibədən sonra söhbətimizdə ölkəmizlə bağlı, onun sadəcə bu günü ilə deyil, gələcəyi ilə də bağlı çox önəmli məsələlərə toxunub, "qızım, sən jurnalistsən, cəmiyyətdə fəal rol oynayır jurnalistlər, bunları bilməlisiniz və heç bir zaman unutmamalısınız ki, bizim hər birimizin müstəqil Azərbaycandan dəyərli və önəmli heç bir şeyimiz yoxdur və ola bilməz. Hansı peşənin sahibi olursunuzsa olun, dövlətimizi qorumaq və onu gücləndirmək borcunuzdur" demişdi.

 

O, Azərbaycanla nəfəs alırdı. Həmin 2 saatlıq söhbətin sonunda "cənab Prezident, insanların bir çoxu o qədər də bilmir siz Azərbaycan üçün nə qədər böyük əziyyətlərlə, çətinliklərlə, sui-qəsdlərlə üzləşmisiniz. Çətin həyat yaşamısınız" dediyimdə, heç zaman unutmadığım və ölənə qədər unutmayacağım sözləri söyləmişdi - "qızım, nə qədər çətinliklər olursa olsun, mən ölkəm və xalqım üçün çalışmaqdan heç bir zaman yorulmadım və nə qədər ömrüm var bu belə də olacaq" demişdi. Nur içində yatsın.

 

"Azərbaycan" şeirini söyləyəndə duyğularını gizlədə bilməmişdi və məncə bu şeiri ən gözəl o söyləyib. Çünki onun üçün Azərbaycana sevgi sözdə deyildi, o, bütün varlığı ilə Vətəninə və Millətinə bağlı insan idi. Müstəqil Azərbaycan və xalqımız hər zaman sizi böyük sevgi ilə xatırlayacaq.

 

Nur içində yatın, böyük Lider, Şəxsiyyət, İnsan.

Xəbər lenti

Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı

Fövqəladə vəziyyət rejimini 30 may 2020-ci ildən başlayaraq...

"Borclar ertələnsin"

Xüsusi karantin rejimindən tədrici çıxışın növbəti mərhələsi elan edilib

İyunun 8-dən sonra Naxçıvana uçuşların və daxili uçuşların bərpası gözlənilir

Bağçaların və rayonlara gediş-gəlişin açılması hələlik nəzərdə tutulmur

"Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb"

Hava XƏBƏRDARLIĞI

"Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir"

Deputatın təşəbbüsü ilə Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə maska göndərilib

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır

Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı CAVAB VERDİ

MDHP Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar BƏYANAT qəbul edib

Komitə sədri virtual konfranslarda gənclərə çağırış edib - FOTO

İDDA Dilqəmlə Şahbazın işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi

İran parlamentində yerdəyişmə nədən xəbər verir?

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB

Bu gün Ramazan bayramıdır

Güclü külək fəsadlar yaradıb

 

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur