Xocalı qətliamçısının həbsi və BQXC-nin riyakarlığı

18:39 04-08-2023 | icon 2452 | Tarix
Xocalı qətliamçısının həbsi və BQXC-nin riyakarlığı

ErmənistanınDon Kixot” şüvənliyi

 

Son günlər Laçında buraxılış məntəqəsi istiqamətində “humanitar TIR” səs-küyü ilə sakitliyi pozan Ermənistan və havadarları indi də başqa bəhanələrlə Azərbaycanın daxili işlərinə burun soxurlar. Belə cəhdlərdən birinin qarşısı 2023-cü il 29 iyul tarixində alınıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsi ilə Ermənistana qaçmaq istəyən Xocalı soyqırımının qatili, cinayətkar - Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş Vaqif Xaçatryan Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib. Yenə də məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı əsası olmayan iddiaları, beynəlxalq təşkilatların “hüquq, humanistlik” serenadası başlayıb.

 

Meşəli soyqırımını törədən erməni əsilli Xaçatryanın məhz beynəlxlaq təşkilatın xidməti maşınında aşkar edilərək həbs edilməsi fonunda Azərbaycana qarşı yönələn tarixi, hüquqi, siyasi ədalətsizliyin kökünə və həlli yollarına diqqət...

 

Tarixi faktlar, siyasi, hüquqi təhlillər

 

“Cinayıtkarı qoruyur, o yükləri bizim ərazilərə gətirirsz ki, separatçılar, yesin, içsin güclənsin və…”

 

Milli Məclisin deputatı Elman Məmmədov Meşəli kəndindən danışıb:

 

- Meşəli Xocalı rayonunda Qırxqız dağının ətəyində, Meydan dağının yaxınlığında yerləşən çox gözəl, kiçik bir kənd idi. Xocalı rayon mərkəzindən təxminən 15-20 kilometr məsafədə yerləşirdi. O kəndin yolu Vadara kəndinin içərisindən keçirdi. Vadara kəndi ilə Meşəli arasındakı məsafə təxminn 5-6 kilometrdir. Hadisələr başlayanda həmin Vadara kəndində yaşayan, eləcə də Qayabaşı, Sarışın və sair kəndlərdəki erməni terorçuları Meşəlini tam blokadada saxlayırdılar. Son gün o kəndə hücumda da, kənd camaatının qətlə yetirilməsində də ermənilər yaşayan kəndlərdəki quldur dəstələri iştirak elədilər.  Başda Vaqif Xaçatryan kimiləri olmaqla…

Bu qırğının törədilməsində də 366-cı alayın hərbi texnikası və hərbi qüvvəsi ermənilərin yanında idi”.

 

E.Məmmədov son 150 ilin tarixinə nəzər salaraq, ermənilərin türk-müsəlman millətinə, xalqlarına qarşı müxtəlif dövrlərdə mütəmadi olaraq qətliamlar, soyqırımlar törətdiyini qeyd edib:

 

“Ermənilər cinayəti törədəndən sonra həmişə özləri, havadarları “biz nə eləmişik ki, bizim heç bir günahımız yoxdur” deyiblər. Yəni nə qədər əxlaqsız, tərbiyəsiz, həyasız olmaq lazımdır ki, o cinayətlərdən sonra bu ifadələri işlədəsən. İndi də bunlar Vaqif Xaçatryan Çərkəz oğlu haqqında deyirlər ki, “günahsızdır”...

Onun günahları 1991-ci ildən sonra 1992-ci ilin yanvarında aparılan istintaqlar nəticəsində təsdiq olunub. Bu gün Xaçatryan və onun kimilərinin, rəhbərlik elədiyi quldur dəstəsinin Xocalıda, Meşəlidə, Malıbəylidə, Quşçularda, Qaradağlıda və Azərbaycanın başqa kəndlərində törətdikləri cinayətlərin sifarişçiləri, sahibləri var. Əsirlikdə, girovluqda işgəncə verilmiş, hələ də sağ qalan insanlarımızın ifadələri var. Bu ifadələr 90-cı illərdə alınıb. Yəni Xaçatryan cinayəti sübut olunmuş qatil, terrorçudur. Bu erməni ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər əsaslandırılmış materiallar var. O uzun müddət idi ki, beynlxalq axtarşa verilmişdi. Onun həbsi Azərbaycan qanunları əsasında və beynəlxalq konvensiyalara uyğun aparılıb. Onun kimi cinayətarlar da öz cəzaını almalıdır”.

 

E.Məmmədov beynəlxalq təşkilatların humanistlikdən, yardımdan danışarkən nə qədər səmimi olmalarına faktlarla diqqət çəkib:

 

- Biz xocalılar, o cümlədən Meşəli kəndi 1991-ci il noyabrın 1-dən, 1992-ci il fevralın 25-ə- Xocalıda soyqırım törədilənə qədər mühasirədə yaşadıq. O Benəlxalq Qırmızı Xaç Komitəsi o zaman da var idi. Amma biz birdəfə də olsun onların nə bir maşınını, nə də bir nümayəndəsini Xocalıda görmədik. O zaman biz xocalıların köməyə ehtiyacı var idi: xəstələrimiz, ac qalanımız, yaralılarımız, yaşamaq üçün hər bir dəstəyə ehtiyacı olan insanlarımızın göü yolda idi. Bunlar o zaman niyə belə canfəşanlıq elmədi?!. İndi bunlar Ermənistan Xankəndi yolunu “su yolu”na çeviriblər. Bir dəfə qaçaqmalçlıqla bağlı ifşa olundular. İndi də terorçunu o tərəf, bu tərəfə daşımaqla sübut elədilər ki, cinayətkarlara dəstək verirlər.  Belə bir cinayəkara dəstək olduqları üçün bunların özünü ittiham eləmək lazımdır.  Bəlkə onların maşınları daha dərindən axtarılsa içərisindən silahlar da şıxacaq. Bu təşkilat qaçaqmalılıq, terorçuları müdafiə etməklə məşğuldur”.

 

Deputat beynəlxalq təşkilatların Ermənistandakı diplomatik nümayəndələrinin Xaçatryan həbsi ilə bağlı narazılıq etməsini boş, cəfənf cəhdlər adlandırıb:

 

“Kimdir o dövlətlər; həmin erməniləri dünyann müxtəlif köşələrindən köçürdüb bizim torpaqlarda məskunlaşdran dövlətlərin nümayndələridir. Onlar I dünya müharibəsində də erməniləri silahlandırıb tüklərə qarşı qırğınlar törətməyə  təhrik edirdilər”.

 

E.Məmmədov bəyan edib ki, Azərbaycana qarşı olan bu təzyiqlər, bu hücumlar  heç bir fayda, nəticə verməyəcək:

 

“Azərbaycan öz ədalətli, haqlı yolu ilə gedir və beynəlxalq qanunlara əsaslanır. Xaçatryan və onun kimilər də qanun qarşısında cavab verəcəklər”.

 

Deputat qeyd edib ki, indi də Xocalıda ermənilər, onları təlimatlandıran rus hərbçilərinin olması gərginliyi qoruyan məqam olaraq qalır:

 

“Mən dəfələrlə demişəm ki, 10 noyabr üçtərfli sazişinə əsasən ərazimizə gələn rus sülhmramlıları xeyirə gəlməyib, sülhməramlı kimi davranmırlar. Cənab Putin bunları göndərib ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniləri müdafiə eləsinlər, terrorçuları, separatçıların fəaliyyətini təmin etsinlər”…

 

E.Məmmədov ermənilərin həyasızlığının həddinin indi də Laçın buraxılış məntəqəsində, sərhəddə aşdığını qeyd edib. O, ermənilərin “humanitar karvan” dediy TIR-ları, “Quldur Karvanı” adlandırıb:

 

“Ermənilərin sərhəddən daxil olmaq istədikləri yol da, ərazi də Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin razılığı, icazəsi olmadan heç bir maşın, heç bir şəxs o sərhəddən keçə bilməz.  Bu gün Azərbaycan əsgərləri dövlət sərhədlərini igidliklə, mərdliklə, cəsarətlə qoruyur. 50 o cür Karvan olsa da sərhəddi heç kim keçə bilməyəcək. O karvanlardan qabaq, sonra sanki özünü hərbi müşahidəçilər, sülhsevər kimi gösətərən Aİ nümayəndələri, bir neçə dövlət səfirləri maşınları ilə gəlib müşahidələr aparırlar. O həyasızlara, ləyaqətsizlərə sual verirəm: sizin razlığınz, icazəniz olmadan dövlətinizn səhəddindən maşın karvanı yox, bir at arabası keçə bilər…Yaxud, bir piyada keçə bilər. Bəs bizim sərhəddən niyə erməni TIR-ları keçməlidir. Siz bizi nəyə məcbur edirsiz. Bu Azərbaycanın ərazi bütövlüyünə qarşı, Azərbaycan dövətinə qarşı haqlszlıqdır, hörmətsizlikdir, ərazi bütövlüyünü tanımamaq və ona məsuiyyətsiz yanaşmaqdır. Siz belə humanitar missiyanı yerinə yetirənsizsə, niyə başqa dövlətin ərazisindən keçmək üçün sərhədlərdə qalan 10 minlərlə miqrantlrın qırılmasına imkan verirsiz. Belə humanitar dövlətin nümayəndəsisizsə, niyə o insanarı ərazinizə buraxmırsız.  Amma bizim ərazilərimizə terorrçu, separatçıarı gətirirsiz. Siz o yükləri bizim ərazilərə gətirirsz ki, separatçılar, yesin, içsin güclənsin və bizə qarşı daha yaxşı təxribatlar törətsinlər?!. Bu olmayacaq cənablar! Bu artıq 90-cı ilərin Azərbaycanı deyil. Bu güclü Azərbaycandır, ərazisini qorumağa qadirdir, düşmənə cavab vermək üçün güclü ordusu var”.

 

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycan dövlətinin Laçın keçid məntəqəsində Azərbaycanda qətliamlar törədən Xaçatryanı həbs etməsi hüquq aspektindən doğrudur.

 

Onun sözlərinə görə, insanlığa qarşı soyqırım hərəkətləri, habelə birdən çox şəxsi öldürmə-cinayət törətmə halları zaman axınına tabe olmayan hadisələrdir və bunları işləyən şəxslər hansı müddətdən asılı olmayaraq yenə hüquq qarşsında cavab verməli olurlar:

 

“Xaçatryan 1991-ci ilin dekabr ayında Xocalının Meşəli kəndində sivil insanların ölümü ilə nəticələnən soyqırım hadisəsində aktiv iştirak edib. Bu onu yaxından tanıyan şahdlər tərəfindən təsdiq olunur”. 

 

Ə.Məmmədli qeyd edib ki, beynəlxalq axtarışda olan bu cinayətkarın Qırmızı Xaç Komitəsi vasitəsi ilə rahat şəkildə hərəkət eləməsi əsas diqqət çəkən məqamdır:

 

“BQXC cinayətkar və məsum insanları bir-birindən ayırmalıdır. Onun missiyası sivil, günahsız insanlara yardım dəstəyi verməkdir. Artıq 2-ci dəfədir ki, bu təşkilat belə kobud səhvlərə yol verir. Birinci dəfə erməni əsilli əməkdaşın özünün təşəbbüsü olduğunu demişdilər. Amma indiki halda görünür ki, oxşar hadislər baş verir və cinaytkarı məsum insan kimi qoruyaraq onun sərhəddən keçidini təmin eləmək istəyirlər. Əslində bu keçid böyük ehtimalla onu cinayət məsuliyətindən qurtarma təşəbbüsüdür. Yəqin ki, bənzəri təəbbüslər daha öncə də olub”.

 

Hüqquqşünas bildirib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi əzarilərdə, qanunsuz erməni silahlı birləşmələri də mövcuddur və orada olan 300-cən çox şəxs haqqında axtarış elan edilib:

 

“Onlar Azərbaycanın suverenliyinin bərqrar olmasından sonra məsuliyyətə cəlb olunacaqlarını bildikləri üçün yavaş-yavaş bölgəni Qızıl Xaç vasitəsi ilə tərk eləməyə çalışırlar. Bu baxımdan  həm beynəlxalq qurumlar, həm də Ermənistan həqiqətən də Azərbaycanla konstruktiv dialoqa getmək və problemləri masa arxasında çözmək istəyirsə, Ermənistan hökuməti cinayətkarlarla məsum insanları ayırmağı bacaqmalıdır və  cinayətkar harda olmasından, gizlənməsindən asılı olmayaraq hüququ qarşısında cavab verməlidir”.

 

Hüquqşünas hesab edir ki, Xaçatryanın müdafiəsini qurmaq çox insanlığa qarşı cinayətləri dəstəkəmk olar:

 

“Bu baxımdan Ermənistanın Azərbaycana yönəlik bütün iddiaları, beynəlxalq qurumların pritenziyası varsa birmənalı olaraq əsassızdır. Azərbaycan birmənalı olaraq cinayət törətmiş və ciddi şkildə insanlığa qarşı yönəlmiş şəxsləri gec də olsa yaxaladıqda müharkimə etməli və məhkəmə qarşısına çıxara bilməlidir”.

 

Politoloq Rəşad Bayramov bildirib ki, Vaqif Xaçatryanın kimliyi, eləcə də onun törətdiyi cinayətlər barədə Azərbaycan hüquq-mühafizə orqanlarının əlində yetərli qədər məlumatlar mövcuddur.

 

Onun sözlərinə görə, şahid ifadələrində Xaçatryanın hansı cinayətləri törtdiyini faktlarla ortaya qoyulur:

 

“Ermənilər bu cinayətləri zamanında ediblər və bu gün də davam edirlər. Toplanmış sübutlar və rəsmi məlumatlar rəsmi Bakıya tam imkan verir ki, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq əli günahsız insanların qanına batan xaçatryanların layiqli cəzasını versin”.

 

Politoloq vacib məqamlardan biri kimi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bu cinayəkarı xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdini qeyd edib:

 

“Bu onu sübut edir ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti təkcə qaçaqmalçılıq fəaliyyəti ilə deyil, eyni zamanda cinayətkarların ədalətdən qaçmasında da fəal şəkildə iştirak edir”.

 

O ki qaldı Ermənistanın və havadarlarının ölkəmizə qarşı apardıqları kampaniyaya, ayrı-ayrı ölkələrin bəyanatlarına, R.Bayramov hesab edir ki, bunlar cinayətkarı müdafiə etməkdən başqa bir şey deyil:

 

“Xaçatryanın 32 il əvvəlki cinayətə görə həbs edilməsinin Azərbaycanla Ermənistan arasında son zamanlar başlayan normallaşma prosesinə xələl gətirəcəyinə dair bəyanatların da heç bir əsası yoxdur. Belə ki, qətliam, soyqırım kimi cinayətlər bəşəriyyətə qarşı olan cinayətərdir və bu cür cinayətlərdə zaman məvhumu rol oynamır. Neçə illərin keçməsinə baxmayaraq belə şəxslər müəyyənləşdirilir və saxlanılırsa mütləq şəkildə cəzalandırılırlar. Necə ki, Nürinberq Məhkəməsinin gözündən yayınan faşistlərin axtarışları çox sonralar da davam etmişdi. Hətta II dünya müharibəsinin bitməsindən 34 il sonra 1979-cu ildə ABŞ Ədliyyə Departamenti Amerikada yaşayan nasist cinayətkarlarını müəyyənləşdirmək üçün xüsusi tədqiqatlar ofisi yaratmışdı. Həmin ofis Amerikada yaşayan bir qrup cinayətkarı saxlayaraq Ədalət Məhkəməsi qarşısına  çıxarmağa müvəffəü olmuşdu. Məsələn, “serb qəssabı” kimi tanınan Redko Vladiki götürək; o, 1991-95-ci illərdə törətdiyi qətliamların cəzasını, üzərindən 20 ildən çox keçəndən sonra 2017-ci ildə aldı. Bu cür faktlar kifayət qədərdir. Ona görə də Ermənistan və onun havadarları və ermənipərəst dairələrin nə deməsindən asılı olmayaraq təkcə Qızıl Xaç Komitəsi yox, kim olur-olsun, bu cinayətkarları Azərbaycanı Məhkəməsinin əlindən almağa və yaxud onların azadlığını tələb etməyə haqqları çatmır və buna gücləri çatmayacaq. Xaçatryan kimilər mütləq öz cəzasını alacaqlar.

 

Hüquqşünas Çingiz Qənizadə bildirib:

 

- Müharibə, insanlığa və bəşəriyyətə qarşı cinayətlər törətmiş, soyqırım və qanunsuz deportasiya ilə məşğul olmuş Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan hökumətinin hay-həşir salması, beynəlxalq təşkilatlara, məhkəmələrə müraciəti mənasızdır və bu, əslində Ermənistanın müharibə cinayətləri törədən şəxslərin müdafiəsi istiqamətində atdığı addımın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ermənistan və havadarları guya müki şəxsin həbs edilməsi iddiasını qaldırırlar, amma unudurlar ki, hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycan respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmiş Vaqif Xaçatryan beynəlxalq axtarışa verilmişdir. Yəni 10 ildir ki, bu adam beynəlxalq Konvensiyaların da qadağan etdiyi soyqırım və qanunsuz deportasiya cinayətlərinə görə axtarışda olub, artıq qanun qarşısında cavab verməlidir”.

 

Ç.Qənizadə son günlər bu cinayətlərdə zərər çəkənlərin, şahidərin mətbuatda da danışdığını deyib. Bildirib ki, əgər hansısa bir beynəlxalq təşkilatlar bu faktlardan sonra da Vaqif Xaçatryanın müafiəsi ilə bağlı addımar atacaqlarsa, qərar qəbul edəcəklərsə, onda beynəlxalq hüquqa qarşı çıxmış olacaqlar:

 

“Çünki beynəlxalq hüquq, Cenevrə Konvensiyası, Soyqırım konvensiyası və bunu törədənlərin də mühakimə olunmasına görə müddət axınının olmaması anlayışı var. O baxıdan da bu cinayətin 31 il əvvəl dekabr ayının 22-23-də edilməsinə baxmayaraq, cinayətkar bu gün də mühakimə edilməsi üçün tam hüquqi təsir dairəsindədir və Azərbaycan qanunları ilə mühakimə ediləckdir”.

 

Siyasi şərhçi Aydın Quliyev bildirib ki, ermənilər Meşəli sakinlərinin qatilini "Laçın postunda oğurlanmış" kimi qələmə verməyə çalışır:

 

“Ermənistan XİN-in Yerevana qaçmaq istərkən Laçın "KPP"-də yaxalanmış qatil Vaqif Xaçaturyanı beynəlxalq humanitar müdafiə altında olan şəxs kimi qələmə verməsi absurddur, heç cür qəbul edilə bilməz, dünya ictimaiyyətini aldatmaqdır. Çünki o, beynəlxalq humanitar müdafiə altında olan şəxs yox, beynəlxalq humanitar müdafiə altında gizlənərək cəzadan yaxa qurtarmağa çalışan cinayətkardır”.

 

A.Quliyev ən böyük yalanın Ermənistan XİN-in onun guya Azərbaycan sərhədçiləri tərəfindən oğurlandığı iddiası olduğunu deyib:

 

“Maraqlıdır ki, erməni KİV- ləri və rəsmi dairələr məxluqun barəsində "68 yaşlı xəstə oğurlanıb"dan başqa heç bir bioqrafik şey demirlər, daha doğrusu deyə bilmirlər, çünki Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanlarının əlində qatil Vaqif barədə yetərincə məlumatlar olduğunu bilirlər. Əks halda Azərbaycan sərhədçiləri onu niyə tuturdular ki?! Onunla bərabər Xankəndidən Yerevana gedən başqa şəxsləri niyə Azərbaycan sərhədçiləri keçiddə saxlamayıblar?! Demək, Vaqif Xaçaturyanın kim olduğunu sübut edən yetərli faktlar var.

 

Ermənilər bu məxluqun niyə məhz oğurlandığını iddia edirlər? Sülhməramlıların gözü qarşısında adam oğurlamaq mümkündür?! Ermənilər iddia edir ki, bizimkilər qatil Vaqifi guya aldadaraq aparıblar.  Ermənistanın keçmiş ombudsmanı deyir ki, BQXK öncədən Yerevana aparacağı xəstə ermənilərin adlı siyahısını Azərbaycan tərəfə təqdim edir, siyahı bu dəfə də təqdim edilmişdi, lakin Azərbaycan tərəfi öncədən siyahıya bir irad tutmadı, bu yolla aldadaraq məxluqu "oğurladılar"...

Baxın, erməninin iddiasından belə çıxır ki, Azərbaycan həmin siyahını alandan sonra "Xaçaturyanı gətirməyin, o bizdə cinayətkar kimi 2013-cü ildən axtarışdadır və 1991- ci ildə Xocalıda qanlı cinayətlər törədib" kimi bəyanat verməli idmiş”…

 

A.Quliyev hesab dir ki, Xankəndidə Vaqifin müdafiəsi ilə bağlı BQXK-nın qarşısında təşkil olunmuş 5-3 nəfərlik səs-küy də bəzi şübhələrə əsas verir. “Aksiyaçıların  adından "qırmızı xaçlılara" deyilib ki, "Vaqifi sağ- salamat qaytarın, siz öhdəlik götürdünüz, biz sizə inanıb Vaqifi sizə verdik"...Ermənilər hansı öhdəlikdən danışır, onlar bu qatili verməyə və Xankəndidə saxlaya da bilərdilər. Bəlkə bu cinayətkarı Yerevana xəstə adı altında sağ - salamat çatdırmaq üçün "xaç”lılarla  "Xankəndi ermənilərinin hansısa çirkli sövdələşməsi, alış-verişi olub? Əgər "xaç”lıların öz avtomobillərində ermənilərin gizli yüklərini daşıdıqları fakt - sübutlarla ifşa olunubsa, demək, "xaç”lılardan bunu da gözləmək olar.

Göründüyü kimi, çox şey göz önündədir və bəzi şübhəli məqamlar da var. Görək hələlik Xaçatryanın bioqrafiyası haqda konkretlikdən qaçan Ermənistan hakimiyyəti bu qatil barədə hansı hekayələri quraşdıracaq”...

 

“Tarixi faktlar, sübutlar beynəlxalq qanunların pozulduğunu diqt edir, qınayır və...”

 

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərə faktlar, təlillər və statstik rəqəmlərlə diqqət çəkib:

 

“Təcavüzkar Ermənistanın silahlı qüvvələri, hərbi birləşmələri və onları xaricdən dəstəklətən qüvvələr tərəfindən Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd (20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması), Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Başgüneypəyə, Qaradağlı, Başlıbel kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Azərbaycan Respublikası Baş Prokrorluğunun məlumatına əsasən, Ermənistanın silahlı qüvvələri və hərbi birləşmələri tərəfindən 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

23 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kəndində törədilən Meşəli soyqırımında – 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Xocalı rayonun Meşəli kəndin 430 nəfər sakinləri Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar. Qətliam nəticəsində Meşəli kəndinə 5,496,900 manat məbləğində maddi ziyan dəymişdir.

Meşəli faciəsi Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib”.

 

Tarixçi  Xaçatryanın cinayət və teror əməllərinə gəldikdə isə bildirib ki, onun Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofaktlar, yazılar, əsirlərin müsahibələri, V.Xaçaturyanın cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr də onun azərbaycanlılara qarşı qeyr-insani davranışını, vəhşi və qorxunc cinayətlərini sübutu haqda əsaslı, qanuni və faktlara söykənən məlumatlar mövcuddur.

 

“Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin isə didərgin salınmasında iştirakçı olduğu qeyd olunur.

Bu səbəbdən V.Xaçaturyanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə,  milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulması ilə cinayət işi açılıb”.

 

S.Talıbli bildirib ki, Meşəli soyqrımı ilə bağlı sübutlar şahidlərin və əsirlərin müsahibələrindən, ayrı-ayrı məqalələrdən məlum olur. Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş, keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər.

 

Şahid: - “Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirmişdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səs ucaldıcı mikrofonla Xaçaturyan Azərbaycan dilində “kəndi mühasirəyə almışıq, təslim olun” deyə qışqırdı. Qənimət dayı var idi onun başına təxminən avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçaturyan bizi “Niva” markalı avtomobilində yandırmaq istəyirdi...”

Xocalı rayon Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirlənlərdən danışaraq deyir ki, “Ermənilər ailə üzvlərimi öldürəndən sonra meyitlərə işgəncə verərək, yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi”.

 

S.Talıbli hesab edir ki, beynəlxalq təşkilatlar erməni cinayətkarını dəstkləməklə beynlxalq hüququ pozur:

 

“Təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi, silahlı qüvvələri və qanunsuz hərbi  biləşmələri tarixi Azərbaycan torpaqlarında türk mili-mənəvi dəyərinə, tarixi abidələrə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş, xüsusilə də beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının qətnamələri, 13 maddədən ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları və Əraziləri Haqqında Saziş Layihəsi (I Əlavə), 8 maddədən ibarət Kollektiv Yardıma aid Qaydalar layihəsi (II Əlavə), 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyaları və onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası (I Əlavə. Yaralı və Xəstə hərbi əsirlərin birbaşa Vətənə qaytarılması və neytral ölkələrdə yerləşdirilməsi haqqında nümunəvi Saziş (110-cu maddəyə bax), II Əlavə. Qarışıq tibbi komissiyalar haqqında Əsasnamə (112-ci maddə bax), III Əlavə. Kollektiv yardıma aid qaydalar (.73-cü maddəyə bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" Konvensiya və əlavə protokolar, "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və. S sənədlər qəbul edilib ki, onun tələblərinə zidd hərəkətlər ediblər.

Rəsmi məlumatlara əsasən, Ermənistan Azərbaycana hərbi təcüvüzü nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub.İtkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb”.

 

Tarixçi ermənilərin Azərbaycana qarşı iddialarını alt edən faktları ortaya qoyb:

 

- Əlbəttə, qeyd etdiyimiz kimi, çar Rusiyanın hərtəfərli dəstəyi ilə Ermənistana tarixi Azərbaycan torpaqlarına yerləşdiyi gündən bu gunə kimi, bütün köçürülmə, deportasiya, soyqırımı, işğalşılıq, silahlanma, təbliğat, informasiya, maliyyə və s. siyasi məqsəd və planlar həmişə olmuşdur. I Qarabağ müharibəsi ilə bağlı istər yerli, istərsə də xarici KİV, elmi ədəbiyyat, Ermənistan orudsunun silahlanması və s. faktlara baxdıqca Ermənistana hərtərəfli dəstəyi olduğu açıq-aydın görünür. Çünki heç bir zaman Ermənistan ordusu Azərbaycan üzərində qələbə qazana bilməz. Təbii ki, heç kimə sirr deyil ki, Ermənistan Qarabağ məsələsində SSRİ rəhbərliyi və Rusiya Federasıyanın hərtəfərli dəstəyi hər kəsə məlumdur. Bunun ən bariz nümanəsi kimi, Xocalı soyqırmı və Qaradağlı soyqırımı zamanı Rusiyanın 366-cı alayının dəstəyi də yerli və dünya ictimaiyyətinə də bəllidir.

İkincisi, XX əsrdə ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən Azərbaycan xalqına qarşı 1905, 1918, 1920, 1948-1953, 1988-ci ildən törədilmiş bütün etnik təmizləmə və soyıqırımlar, köçürülmə siyasi, Xocalı faciəsi kimi hadisələrin baş verməsinə, fakt, sənəd, elmi ədəbiyyat və s. olmalarına baxmayaraq bugünə kimi bir sıra beynəlxalq təşkialtlar məsələyə ikili standatlardan və öz maraqları baxımından yanaşırlar. Fakt, sənəd, haqq Azərbaycann tərəfində olsa da təəssüf ki, zaman –zaman erməni kartından, erməni faktorundan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmişlər. Bu siyasət bu gündə davam etrməkdədir.

Zənnimcə hər bir azərbaycanlı tutduğu məqamdan, olduğu məkandan asılı olmayaraq, Azərbaycanın həqiqətlərini dünya ictimaliyyətinə çatdırlması iqtiqamətində həmişə fəal olmalı, onu daim beynəlxalq hüquqa, sənəd, fakt, mənbələrə istinad edərək təbliğ etməlidir”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU