MMP sədrindən nazirlə bağlı iddia - TUTULSUN

14:49 11-05-2020 | icon 2108 | Siyasət
MMP sədrindən nazirlə bağlı iddia - TUTULSUN

Hafiz Hacıyev: "Belə bir adamın fəaliyyəti dövlət başçısına və xalqa böyük utanc gətirir"

 

Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsi mədəniyyət xadimləri arasında birmənalı qarşılanmayıb. Ziyalılar ölkə mədəniyyətini təmsil edən bu nazirlikdə rüşvət və korrupsiyanın olmasına görə təəssüfləndiklərini bildiriblər.

 
 
Versus.Az xəbər verir ki, məsələylə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev nazir Əbülfəs Qarayevin özünün fəaliyyətinin araşdırılmasının da vacibliyini vurğulayıb:
 
 
“Əbülfəs Qarayevlə komsomolda eyni vaxtda işləmişəm. Onun özünü mələk cildində göstərməsini çoxdan bilirdim, onu çox gözəl tanıyıram. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatın hamımız şahidi olduq və sizə deyim ki, orda baş verən özbaşınalıqların hamısında Əbülfəs Qarayevin “əli” var".
 
 
MMP sədri bildirib ki, nazir müavini R.Bayramovun və nazirlik yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə dövlət xidmətinin rəisi Z.Sultonavun əməllərinin başında Ə.Qarayevin özü dayanır:
 
"Onun 26 ildir Turizm və Mədəniyyət Nazirliyini bərbad hala salmasını beş-altı il öncə demişəm və bununla bağlı açıqlamalarımın hamısı saytlarda var. Çox maraqlıdır ki, Əbülfəs Qarayevin əməllərini görənlər bunu gizlədirlər. Bunun başında duran qüvvələr var idi. Onun Eldar Mahmudovla yaxın münasibətləri var".
 
 
Ə.Qarayevin xaricdə mülklərinin olmasının hamıya bəlli olduğunu, amma bunu bilən insanların baş verənləri ölkə başçısına məruzə etməməsini təəssüflə vurğulayan H.Hacıyev onların bu biganəliyini nankorluq saydı:
 
"Əbülfəs Qarayevin “şapka” almadığı mədəniyyət işçisi, idarəsi qalmayıb. O, belə bir insan idi, nazirliyi dədə mülki kimi çapıb-talayır. Təsadüfən xarici vətəndaşlardan biri öz təəssüratlarını mənimlə bölüşdü. Dedi ki, - “dünyanın bütün yerlərini gəzib-dolanmışam, amma Azərbaycanda möcüzəylə rastlaşdım. Əbülfəs Qarayevin bağında qonaq oldum və onun bağından yeraltı tunellə dənizə qayıqlar çıxır”. Siz görün neçə milyardlar hesabına bu cür villalar tikdiriblər. Bunların hamısı rüşvətxorluqdan, özbaşınalıqdan, heç kimi saymamaqdan irəli gələn məsələlərdir. Bu adamların komandaları hələ hakimiyyətdə qalmaqdadır və biz də bunları deyəndə küçə uşaqlarını üstümüzə qaldırırlar".
 
 
H.Hacıyev iddia edir ki, bu gün xalqdan, dövlətdən mənimsədiyi pullar Ə.Qarayevdən geri alınmalıdır:
 
"O, mədəniyyət sahəsini iflic vəziyyətinə salıb. Fəxri adların verilməsində də haqsızlıqlar var, dəfələrlə bununla bağlı mənə müraciətlər olub. Əməkdar artist, bəstəkar Tahir Əkbər dünyasını dəyişdi, həyat yoldaşı və qızı evsiz qaldı. O, öləndə mənə də şikayət etdilər, hətta həyat yoldaşı istədi ki, Tahirin meyitini aparıb Türkiyədə dəfn etsin. Bu da Azərbaycanı sevməyən qüvvələrin arzusu idi və açığını deyim ki, bunun qarşısını mən aldım. Hətta yuxarıda olan bəzi səlahiyyətli şəxslərə də bununla bağlı məlumat verdim. Tahir Əkbəri sağlığında Ə.Qarayev heç qəbuluna buraxmamışdı. Yəni o, belə bir əxlaqa malik bir insan olub. Eyni zamanda, o, harda çılpaq gəzən qızlar var onlara fəxri adlar verib, amma xidməti olanlar qalıb qıraqda. Əməkdar artist Cavanşir Məmmədov və Firuzə İbadova  qəbulumda oldu. Onların indi də sənədləri məndə qalıb. Dedim ki, bu insanların xidmətləri olub, Azərbaycan xalqına və rəhmətlik Heydər Əliyevə çox sadiq olublar. Hətta onlara da böyük summa təklif etmişdi ki, fəxri adın öz qiyməti var. Belə bir adamın fəaliyyəti dövlət başçısına və xalqa böyük utanc gətirir".
 
 
MMP sədri hesab edir ki, heç kim deyə bilməz ki, bu gün Ə.Qarayevin özünün və ətrafında olan adamların etdiyi saxtakarlıqlarda onun “əli” olmayıb:
 
"O, elə bir adamdır ki, onsuz heç kim hansısa işə gedə bilməz. O, respublika üzrə ən böyük rüşvətxorun biri olub. Ölkədə turizm sahəsini iflic vəziyyətinə saldığı üçün bunu Mədəniyyət Nazirliyindən ayırıb ayrıca Turizm Agentliyi yaratdılar. Guya bu mədəniyyət sahəsində hansı işi görüb ki?! Kəndlərdəki mədəniyyət evlərində it saxlayırlar. Həmin mədəniyyət evlərinin bərpası üçün dövlət tərəfindən milyonlarla pul ayrılıb və bu da Əbülfəs Qarayevin cibinə gedib. Ona görə də onun bu gün azadlıqda olması dövlət üçün təhqirdir. Bu cür məmurların xalqa xidmət etməməsini dəfələrlə demişik. Bu adamlar yerində olmayan məmurlardır. 26 il nazir olmaq olar? Bunun 26 milyarddan artıq pulu var, onun xaricdəki biznesləri araşdırılmalıdır. Onun özünü yazıq obrazına qoyması, əyilə-əyilə, əzilə-əzilə danışması yersizdir, vaxt itirmədən o, həbs edilməlidir. Dəfələrlə demişəm, bir neçə nazir vəzifədən getdikdən sonra yığdıqlarını yeyir və dövlətə də xəyanət edirlər. Özlərinin “əlaltılarını”, “küçə uşaqlarını” üstümüzə qaldırmağa çalışırlar, istəyirlər hədəfdən yayınsınlar, amma bu da mümkün olan məsələ deyil. Əbülfəs Qarayev və digərlərinin ölkə başçısının və ailəsinin ünvanına danışdıqlarının səs yazıları da var, bunlar da ortaya çıxarılmalı və heç nə bağışlanmamalıdır. Azərbaycanı talan edən Əbülfəs Qarayevlər hakimiyyətdə çoxdur. Onun Eldar Mahmudovla ortaq olması aşkar edilməlidir və düşünürəm ki, bu sahədə ciddi araşdırmalar aparılıb nəticəsi Azərbaycan xalqına təqdim olunmalıdır”. /moderator.az/
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI