Sabah Azərbaycanda ilk Qədr gecəsidir

19:49 11-05-2020 | icon 487 | Cəmiyyət
Sabah Azərbaycanda ilk Qədr gecəsidir

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

 

Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir:

"Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir”. 

 

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin