Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığı üzə çıxıb

20:12 11-05-2020 | icon 621 | Dünya
Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığı üzə çıxıb

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıq etdiyi məlum olub.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın iravunk.am saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib:

“Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”.

 

Baş Nazirin paylaşımından sonra şərhlər gəlməyə başlayıb. Şərhlərdə bildirilir ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb. Paşinyanın babasının faşistlərə xidmət etdiyini təsdiqləyən şərhlər indi də gəlməkdə davam edir.

 

Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarıb. Mətbuatın araşdırması zamanı məlum olub ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”