Siyasi mədəniyyət nümunəsi

22:22 11-05-2020 | icon 2087 | Kürsü
Siyasi mədəniyyət nümunəsi

Sivil siyasi münasibətlər davam etdirilməlidir

EHTİRAM MEHTİYEV
/AXCP sədr müavini/

 

Azərbaycan xalqı qarşısında tarixi xidmətləri olan şəxslər unudulmamalıdır...

 
Müxalifət olaraq Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi sevdiyimiz qədər Heydər Əliyevi də sevməli və xatırlamalıyıq. Bu bir siyasi mədəniyyət nümunəsi olmalıdır.
 
 
Biz bu alicənab addımı dəfələrlə mərhum Heydər Əliyevdən görmüşük. Heydər Əliyev Türkiyəyə səfər edərkən Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, onun şəxsiyyətinə hörmət etdiyini, ehtiramla yanaşdığını nümayiş etdirib.
 
 
Əbülfəz Elçibəy də Heydər Əliyevi Bakıya dəvət etməklə çox ciddi siyasi addım atmışdı. Həmçinin, Heydər Əliyev Əbülfəz Elçibəyin dəfninə qatılmaqla ona dəyər verdiyini göstərmişdi.
 
 
Bu gün də bu münasibəti ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bir daha görürük.
 
 
Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfat edərkən Birinci vitse-prezident Mehriban xanım Əliyeva onun ailəsinə başsağlığı vermiş, mərhumun yas mərasimi ilə bağlı xərcləri öz üzərinə götürmüşdü.
 
Hesab edirəm ki, cəmiyyətimizin xeyrinə olan belə sivil siyasi münasibətlər davam etdirilməlidir.
 
 
Ancaq bəzi qaragüruhçu qüvvələr siyasətdə sivil münasibətlərin yaranmasını nədənsə qısqanclıqla qarşılayır, özlərinin düşmən mövqeyini həmişə büruzə verirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi