Kann kinofestivalı bu il KEÇİRİLMƏYƏCƏK
Bu il mayın 12-də açılışı nəzərdə tutulan Beynəlxalq Kann kinofestivalı təxirə salınıb.
Versus.az xarici KİV-ə istinadən xəbər verir ki, kinofestivalın direktoru Tyerri Fremonun sözlərinə görə, filmlərin həmişəki kimi beynəlxalq formatda - dünya kinoindustriyası nümayəndələrinin iştirakı ilə nümayişi mümkün deyil:
“Məlum şəraitdə Kann festivalının keçirilməsi alınmayacaq. Kann festivalı mahiyyət etibarilə həmişə beynəlxalq hadisə olub. Bu il dünya ulduzları və kino mütəxəssislərinin iştirakı olmadan festivalın ruhunu saxlamaq mümkün olacaqmı? Kann kinofestivalı yalnız adəti halda - kino ulduzları, tamaşaçılar, mətbuat nümayəndələri və peşəkarların iştirakı ilə keçirilə bilərdi”.
Bununla yanaşı, Fremo təşkilatçıların bu il baş tutmayacaq 73-cü Kann kinofestivalının müsabiqə proqramına daxil olacaq filmlərin siyahısını hazırladıqlarını deyib. Siyahı iyunun əvəllərində açıqlanacaq. Bütün filmlərin 2021-ci ilin yazına qədər prokata buraxılacağı planlaşdırılır. Kinofestivalın təşkilatçıları əsasən, bu ilin yayından gələn ilin yazına qədər kinoteatrlara çıxacaq və bu baxımdan dəstəyə eytiyacı olan filmlərə diqqət ayırırlar. Bəzi potensial namizədlər payızda baş tutacaq 2021-ci ilin seçimlərini gözləməyə üstünlük veriblər. Digər qism filmlər isə hazırda onlayn-platformalarda nümayiş olunur.
Bu il kinofestivalın münsiflər heyətinə amerikalı kinorejissor və prodüsser Spayk Li başçılıq etməli idi. Li bu vəzifəsini gələn il yerinə yetirəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"