"Haqqımda fikir formalaşdırmağa çalışırlar ki, guya mən..."

21:18 12-05-2020 | icon 1214 | Siyasət
"Haqqımda fikir formalaşdırmağa çalışırlar ki, guya mən..."

Razi Nurullayev: "Kökündən yanlışdır, heç vaxt görməzdən gəlmirəm və dəyərləndirirəm"

 

"Son zamanlar haqqımda fikir formalaşdırmağa çalışırlar ki, guya deputat Razi Nurullayev ancaq tənqid etməyi bilir. Kökündən yanlışdır. Mən xalq üçün görülən xeyirli işləri heç vaxt görməzdən gəlmirəm və dəyərləndirirəm".

 
 
Versus.Az xəbər verir ki, bunu özünün "facebook" hesabında millət vəkili Razi Nurullayev bildirib.
 
 
Bu gün Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını gördüyünü vurğulayan deputat bir anlıq çaşqınlıq keçirdiyini deyib:
 
"Ucu-bucağı olmayan bir fabrik və qalaq-qalaq istehsal olunmuş tibbi maska və kombinezonlar. Açılışı edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da üzündə böyük razılıq hissi var idi. Elə bil dünyanı onlara bağışlamışdılar. Bu həqiqətən belədir, xalq razı qalırsa, görülən işlərin nəticəsi varsa, bu elə böyük xöşbəxtlikdir. Dövlətimiz adına, xalqımız adına çox sevindim və qürurlandım. Çünki, tibbi maska çatışmazlığı ilə hər gün yüzlərlə zəng alırdıq".
 
 
Dünyanın ən inkişaf etmiş ölkələrində belə tibbi maska çatışmazlığı olduğunu qeyd edən R.Nurullayev bildirib ki, bu baxımdan artıq “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin ilk mərhələdə gün ərzində 140 min ədəd maska istehsal etməsi yüksək dəyərləndirilməlidir:
 
"Sonrakı dövrlərdə maska isethsalı gündəlik 300 min ədədədək artırılacaq. Bizim sağlamlığımız üçün həyatlarını riskə atan həkimlərimiz və sanitarlarımız üçün də sevindim. Artıq ölkəmizdə qoruyucu kombinezonların da istehsalına başlanılıb. Bunu görmək, şahidlik etmək müdhiş mənzərə idi. Gün ərzində 300 min tibbi maskanın, 6 min ədəd qoruyucu kombinezonun istehsalı Azərbaycanın ehtiyaclarını tam ödəyir və ixrac potensialı yaradır.
Dövlətimizi, xalqımızı, Prezidenti, birinci xanım Mehriban Əliyevanı, bütün əməyi keçənləri təbrik edir və onlara çox sağ olun deyirəm!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin