"Həmsədrlərin mövqesiz diplomatiyası və dişsiz beynəlxalq hüquqla baş-başa qalmışıq"

18:39 13-05-2020 | icon 439 | Siyasət
"Həmsədrlərin mövqesiz diplomatiyası və dişsiz beynəlxalq hüquqla baş-başa qalmışıq"

Əlisahib Hüseynov: "Məlum "atəşkəs müqaviləsi"ni dayandırmaq və düşmənə ordumuzun gücünü göstərmək lazımdır"

 

""Atəşkəs" sözü ermənilərin əlində həmişə bir bəhanə rolunu oynayıb. Onlar 1994-cü il mayın 12-də atəşkəs haqda "Bişkek protokolu"nu imzaladıqları gündən üzü bəri demək olar ki, hər gün atəşkəs rejimini pozublar. Amma eyni zamanda da görünməmiş həyasızlığa yol verərək həmişə Azərbaycanı beynəlxalq təşkilatlara şikayət ediblər və atəşkəsin pozulmasının günahını hər dəfə məhz bizim üzərimizə yıxmağa çalışıblar".

 

Versus.Az xəbər verir ki, bunu ATƏŞKƏSin 26 illiyi ilə bağlı açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, ermənilər bu gün də bu həyasız dezinformasiya, saxtalaşdırma siyasətini davam etdirirlər:

"Ötən gün Ermənistan Respublikasının silahlı qüvvələri Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi növbəti dəfə atəşə tutublar. Eləcə də, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Oxşar vəziyyət demək olar ki, hər gün təkrarlanır. İşğalçı ölkə ya cəbhənin təmas xəttində atəşkəsi pozur, yaxud Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonundakı hissəsində vaxtaşırı təxribatlar törədir. Azərbaycan tərəfi isə heç şübhəsiz ki, hər dəfə düşməni cavab atəşi ilə susdurmaq məcburiyyətində qalır".

 

Həmsədr ölkələrin isə bu duruma göz yumduğunu, Ermənistandan məsuliyyətli davranmağı və işğalçılıq siyasətinə son qoymağı tələb edə bilmədiyini qeyd edən Ə.Hüseynovun sözlərinə görə, bu gün həmsədrlərin mövqesiz diplomatiyası və dişsiz beynəlxalq hüquqla baş-başa qalmışıq:

"Odur ki, zənnimizcə, Birinci Qarabağ Müharibəsi vaxtı Ermənistan-Azərbaycan cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, lakin heç bir hüquqi xarakter daşımayan məlum "atəşkəs müqaviləsi"ni dayandırmaq və düşmənə ordumuzun gücünü göstərmək lazımdır. Əks halda, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları bundan sonra da eyni qaydada davam edəcək".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür