Mədəniyyət Komitəsinin sədri Xalq artistini təbrik edib

11:25 14-05-2020 | icon 741 | Mədəniyyət
Mədəniyyət Komitəsinin sədri Xalq artistini təbrik edib

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Şamil müəllimi doğum günü və yubileyi münasibətilə təbrik edib.
 
 
Görüşdə geniş fikir mübadiləsi aparılıb. Q.Paşayeva dəyərli Xalq artisti Şamil müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.
 
 

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycan Respublikasının Xalq artisti, dəyərli aktyorumuz Şamil Süleymanlıya ünvanladığı təbrik məktubunda qeyd olunur:

 
“Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlıya
 
Hörmətli Şamil müəllim!
 
Siz Azərbaycan kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, unudulmaz obrazlara həyat vermiş dəyərli sənətkarımızsınız.
 
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı