Mədəniyyət Komitəsinin sədri Xalq artisti Arif Quliyevi təbrik edib

11:39 14-05-2020 | icon 1205 | Mədəniyyət
Mədəniyyət Komitəsinin sədri Xalq artisti Arif Quliyevi təbrik edib

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevlə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Arif müəllimi doğum günü və yubileyi münasibətilə təbrik edib.
 
 
Görüşdə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Arif müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.
 
 

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycan Respublikasının xalq artisti, dəyərli aktyorumuz Arif Quliyevə ünvanladığı təbrik məktubunda qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevə
 
Hörmətli Arif müəllim!
 
Siz Azərbaycan teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, komediya janrında bir çox unudulmaz obrazlara adını həkk etmiş dəyərli sənətkarımızsınız.
 
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik".
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI