“Üzr istəməsələr, açıqlamamız başqa cür olacaq”

12:56 14-05-2020 | icon 329 | Siyasət
“Üzr istəməsələr, açıqlamamız başqa cür olacaq”

Arif Hacılı Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Milli Şuraya səsləndi

 

“Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

O, hələlik tələsməyə lüzum görmədiyini bildirib:

“Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuranın üzr istəməsini tələb ediblər. Bununla bağlı bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq. Bu, ümumilikdə çox pis hadisədir. Hazırda bu məsələni araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”.

 

Müsavat Partiyasını mühacir alverində ittiham etmələrinə cavab verən Arif Hacılı qeyd edib ki, bu böhtanlara zaman-zaman cavab verilib:

“Bundan sonra da cavab veriləcək”.

 

Qeyd edək ki, Milli Şuranın videokonfrans formatında keçirilən iclasında Milli Şuranın üzvü Gültəkin Hacıyeva REAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibət gözlədiyini, Müsavatın Əli Kərimlini müdafiə etməkdən yayınaraq guya Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunu müdafiə etdiyini bəyan edərək riyakarlığa yol verdiyini bildirib. O cümlədən Müsavatı siyasi mühacir alverində günahlandırıb.

Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür