İnsanları narazı salan nədir?

16:29 14-05-2020 | icon 927 | Sosial
İnsanları narazı salan nədir?

Məhkəmələr skype vasitəsi ilə keçirilsinmi?

 

“Bildiyiniz kimi, artıq rəsmi olaraq təsdiqlənib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində COVİD19 geniş yayılıb. Hətta Penitensiar xidmətin müalicə müəssisəsində, yəni xəstəxanasında yerlər çatmadığı üçün həyətində çadırlar qurulub. Aydın məsələdir ki, nəzarət güclü olmasa, COVİD19 həbsxanalarda ildırım sürəti ilə yayıla bilər”.

 

Bu sözlər Müasir Müsavat Partiyasının qərərgahına bir qrup ana tərəfindən ünvanlanan məktubdandır. Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a bildirilib ki, şikayətçilərin məktubundan da bəlli olduğu kimi, kimlərsə düşünülmüş şəkildə ölkə başçısının dövləti və xalqı üçün gördüyü işlərə kölgə salmaq istəyir, insanların Prezidentdən narazı düşməsinə çalışır.

Sözügedən məktubu olduğu kimi təqdim etməklə aidiyyatı qurumların bu məsələni araşdırmasına ümid edirik.

 

Məktubda deyilir:

“Martın15-dən etibarən məhbuslara evdən nə yemək, nə paltar, nə içməli su, nə də vitamin və dərmanlarını vermək mümkün deyil. Habelə, istintaq təcridxanasında olan təqsirləndirilən şəxslərin rejimi elə formada qurulub ki, onların təmiz hava və hərəkətliliklə də bağlı problemləri var. Daha doğrusu, günəş və təmiz hava defisiti yaşayırlar. Aydın məsələdir ki, bu sadalananlar immuniteti ciddi şəkildə zəiflədir. Aydındır ki, COVİD19-a yoluxanların böyük əksəriyyəti immunitet sisteminin zəifləməsi səbəbindən kütləvi ölümlə nəticələnə bilər. Xəstə insanlara karantin tətbiq etmək əvəzinə, sağlam insanlara tətbiq edib immunitetlərini zəiflətmək olmaz. Ən əsası isə bu məhkumlar içərisində çoxları artıq azadlıqda olacağı halda, hələ də məhkəmə iclaslarının bərpa olunmasını gözləyir. Ədliyyə nazirliyi məhkəmə iclaslarını artıq 2 aya yaxındır ki, saxlayıb. Halbuki yüzlərlə məhkum bu məhkəmələrdən, şərti cəza, cərimə cəzası, məntəqə tipli müəssisəyə keçmə, habelə cəzasının 3/2 çəkdiyi üçün azadlığa çıxa bilərdi. Təəssüf ki, ədliyyə nazirliyi narazılıq dalğasının yaranma ehtimalının fərqində deyil.

Cənab Prezidentə bu səbəbdən müraciət edənlər çoxdur. Amma nədənsə mövzu gizlədilir, ona gedib çatmır. Halbuki artıq bütün məhbus ailələrində böyük panika və narazılıqlar baş qaldırıb. Müalicə müəssisəsində baş verənləri gizlətmək əvəzinə, məhkəmə iclaslarını bərpa edib qanunla azad oluna biləcək şəxslərin hüquqlarını bərpa etmək lazımdır. Yəni narazılıqlar yaratmağa ehtiyac yoxdur. Bilmək lazımdır ki, ölən hər şəxsin bütün ailəsi və ətrafı istər istəməz hökumətdən narazı qala bilər”.

 

Qeyd edək ki, MMP-nin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məktubla bağlı partiyada müzakirələr aparıldıqdan sonra həlli üçün aidiyyəti orqanlara müraciət ediləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı