Mədəniyyət Komitəsi sədrinin Tarzənlə YUBİLEY GÖRÜŞÜ

12:53 15-05-2020 | icon 828 | Mədəniyyət
Mədəniyyət Komitəsi sədrinin Tarzənlə YUBİLEY GÖRÜŞÜ

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli tarzənimiz, Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyevlə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından musiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Zamiq müəllimi doğum günü və yubileyi münasibəti ilə təbrik edib.
 
 
Tarzənlə görüşdə geniş fikir mübadiləsi aparılıb.
 
Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Zamiq müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.
 
 
Qeyd edək ki, Mədəniyyət Komitəsi sədrinin Azərbaycan Respublikasının Xalq artisti, dəyərli tarzən Zamiq Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunur:
 
“Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyevə
 
Hörmətli Zamiq müəllim!
 
Siz Azərbaycan milli musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız.
 
Sizin milli alətimiz olan tarın ifaçılıq sirlərinin gənc nəslə ötürülməsində, onların tarzən kimi yetişməsində böyük əməyiniz vardır.
 
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”
 
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI