Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO

15:25 15-05-2020 | icon 856 | Maraqlı
Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO

Ana şəkil çəkərkən telefonun “işıqlandırma” funksiyasından istifadə etməklə oğlunun həyatını xilas edib.

 

“Daily Mail”in məlumatına görə, qeyri-adi hadisə Avstraliyada baş verib.

 

Ana Kara Sefonun sözlərinə görə, oğlu Rokki enerjili və səhhəti ilə bağlı heç bir problem yaşamayan uşaq olub. Bir gün o, qabları yuyarkən təsadüfən oğluna baxanda onun sol gözündə cüzi fərqlilik görüb, tez onun şəklini çəkib. Adi fotoda bir şey görünməsə də, “işıqlandırma” ilə çəkilmiş şəkildə sol gözdə qəribə işıltı müşahidə olunub.

 

Məlum olub ki, bu, göz almasının arxa hissəsində inkişaf edən xərçəngin nadir növü - retinoblastomanın əlaməti imiş. Özü də artıq ikinci gözə doğru inkişaf edirmiş.

 

Uşağın yeddi aylığından başlayan kimya terapiyası, lazer, krioterapiya dövrü, onun iki yaşında sol gözünün götürülməsi ilə başa çatıb. 

 

Vaxtında qoyulan diaqnoz xərçəngin beyin və mərkəzi sinir sisteminə doğru yayılmasının qarşısını alıb.

 

Retinoblastoma – gözün arxa hissəsində inkişaf edən və adətən, üç yaşa qədər uşaqlarda müşahidə olunan xəstəlikdir. Onun əsas səbəbləri bu günə qədər məlum deyil. 

 

Ana bütün valideynlərə müraciət edərək, övladlarının ayda bir dəfə “işıqlandırma” ilə şəklini çəkməyə səsləyib.

 

“Bu, başqa laborator testlər kimi, xəstəliyi çox yaxşı müəyyən edir”, - deyə o bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin