Emin – ANA

19:05 15-05-2020 | icon 1270 | Mədəniyyət
Emin – ANA

Bir uşağın hekayəsindən daha qüvvəli

 

Həyatı dəyişən hekayələr var, bizə toxunan və ürəyimizi daha sürətlə döyünməyə vadar edən hekayələr var. Ən səmimi və xeyirxah işlərə motivasiya edən insanlar, uşaqlar, ailələr var. Və bu hekayə onlar haqqındadır...

 
 
Bu hekayə bir ailə haqqında, eyni zamanda hər gün övladlarının sağlamlığı və xoşbəxtliyi üçün mübarizə aparan bütün digər ailələr haqqındadır. Bu hekayə bir vaxtlar EMİN-in həyatına güclü təsir göstərən inanılmaz bir oğlan haqqındadır. Bu hekayə xüsusi ehtiyacları olan bütün güclü, cəsarətli, xeyirxah, səmimi, işıqlı uşaqları təcəssüm edir.
 
Bu mahnı və bu film onlara və eyni zamanda onların güclü ANALARINA həsr edilmişdir.
 
 
“Bu əhvalatın çəkilişinə iki il vaxt sərf etdik. Mahnını 2018-ci ildə əziz balaca dostum Xusain və onun ailəsi ilə görüşdükdən sonra yazdım.
 
Bu filmlə ərz etmək istədik ki, ətrafımızda çox sayda belə əhvalatlar var və sadəcə ətrafa, uşaqlara və valideynlərinə nəzər yetirərək, onlara necə kömək edə biləcəyimizi düşünməliyik.
 
Məqsədimiz yalnız ən qısa müddətdə bir film çəkmək deyildi. Biz hər gün bir uşağın nə qədər böyük və çətin yol gedə biləcəyini göstərmək istədik.
 
Hekayənin yaranmasında iştirak edən və məni bu işə təşviq edən hər kəsə, xüsusilə bu filmin quruluşçu rejissoru və prodüseri olan və ilk növbədə xüsusi bir uşağın anası olan Saşa Efimovaya təşəkkürümü bildirirəm.
 
Ətrafa boylanın, uşaqlara birlikdə kömək edək, onlara inanaq və yanlarında olaq. Gəlin ucadan yaxşı işlər görək" deyə, Emin bildirib.
 
 
“ANA”. Bir uşağın hekayəsindən daha qüvvəli” film və klipə YouTube-da baxın.
 
 
 
 
 
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin