Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək
“Bakı bulvarında sosial məsafəyə ciddi riayət ediləcək”.
Versus.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Bayramlı deyib ki, vətəndaşlar indidən özlərini bu qaydalara ciddi riayət etməyə alışdırmalıdırlar:
“Bulvar və parklara giriş-çıxış sərbəst olsa da, sosial məsafə qorunmalıdır, 1,5-2 metr məsafə olmalıdır. Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək, buna nəzarət ediləcək. Eyni zamanda 10 nəfərdən artıq qruplar halında toplaşmaq qadağandır, karantin rejimini qaydaları pozularsa, müvafiq tədbirlər görüləcək”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"