Məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib

22:32 15-05-2020 | icon 1569 | Gündəm
Məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib

Ali Məhkəmə Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb.

 

Versus.Az Ali Məhkəmənin saytına istinadən verdiyi xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli Qərarını nəzərə alaraq Azərbaycan məhkəmələrinə işlərə baxılması ilə bağlı bir sıra tövsiyələr verilib.

 

Məlumatda qeyd edilib ki, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələrdə işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

 

Bildirib ki, məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.

 

Qeyd edilib ki, məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.

 

Məlumatda deyilib ki, vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

 

Eyni zamanda qeyd edilib ki, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...