Koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib

10:49 16-05-2020 | icon 422 | Dünya
Koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib

Amerikalı ekspertlər COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçib.

Versus.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.



“Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 100-ə yaxın variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin sayının azaldılması üzrə çalışmalar davam edir”, - deyə ABŞ Prezidenti bildirib.


Donald Trampın sözlərinə görə, Birləşmiş Ştatlar peyvəndin ilin sonuna qədər və hətta daha tez əldə ediləcəyinə ümid bəsləyir. Vaksinlər ABŞ ərazisində istehsal olunacaq:

"Həmçinin, ABŞ hakimiyyət orqanları vaksinlərin sınaqlarının sürətləndirilməsi və onların istifadəsinə icazələrin alınması üçün hər şeyi edəcək. Onlar ən perspektivli prototiplərin istehsalına investisiya yatırmağa hazır olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin