“Heydər Əliyevin qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında inqilab oldu”

13:00 15-06-2023 | icon 947 | Siyasət
“Heydər Əliyevin qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında inqilab oldu”

Anar İsgəndərov: “15 iyun - Azərbaycan tarixinə yeni bir şərəfli zirvə gətirdi”

 

Regionun geosiyasi mənzərəsi Cənubi Qafqazın aparıcı, tranzit dövləti olan Azərbaycan üzərində dəyişməyə məhkumdur. Regionda yeni geosiyasi reallıqların fovariti olan Azərbaycanın məqsədlərinə çatmaq üçün keçdiyi “yol xəritəsi”ndə Heydər Əliyev öndərliyi bir daha təhlil olunaraq öyrənilir. “Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, dünyaya tanıtmaq üçün hansı mərhələləri adlamalı idi” sualı ətrafında alınan cavablar, faktlar mühüm təcrübə meyyarı olaraq əsas götürülür...

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Anar İsgəndərov müsahibəsində “Heydər Əliyev ili” kontestində “15 iyun tarixi buketi”nə faktlarla nəzər salıb.

 

- Anar müəllim, “2023-cü il - ulu öndər Heydər Əliyev ili” Azərbaycan tarixində hansı əhəmiyyəti ilə diqqət çəkir, təhlil olunur. Ulu öndərin dövlətimiz, xalqla birgə yaşanan 100 illik həyat tarixinə baxsaq, təkcə son 30 ildə daxildə erməni əli ilə yaradılan mövcud münqişələr və ondan qurtuluş yolunda əldə olunan nəticələrdə “ulu öndər izi” nə dərəcədə qabarır və hansı ictimai-siyasi baza üzərində inkişaf edir?

 

- Tarixdə çox nadir şəxsiyyətlərə nəsib olan bir hadisə var: həm özü tarix yaradır, həm onunla bağlı tarix yazılır.  Bu, Azərbaycan tarixində Heydər Əliyevlə bağlı olan bir hadisədir. Məlumdur ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində bir neçə dövrə bölünür: birinci dövr 1944-69-cu illər - ulu öndərin xüsusi xidmət orqanlarında fəaliyyət dövrünü əhatə edir. Qeyd edim ki, həmin illərdə Heydər Əliyev xüsusi xidmət orqanında xidmət edən ilk azərbaycanlı olub. Heydər Əliyev yüzlərlə azərbaycanlını  bu orqanda işlə təmin edib. Eyni zamanda yüzlərlə azərbaycanlını sovet dövlətinin represiyasından xilas edib. Bu dövrdə Heydər Əliyevin fəaliyyəti o qədər uğurlu oldu ki, o, 1969-cu ilin iyulunda Azərbaycana Kommunist Partiyasının 1-ci katib gətirildi. Heydər Əliyev ilk dəfə olaraq 15 müttəfiq respublika içərisində Azərbaycanı ön cərgəyə çıxarda bildi. 

Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci dövrü 1969-82-ci illər oldu. Heydər Əliyev hakimiyyətinin bu dövründə Azərbaycan tarixində həmişə problem olan dil məsələsinin üzərinə yenidən gəldi və 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.  Heydər Əliyev  aqrar bir ölkəni sənaye -aqrar ölkəsinə çevirdi. Heydər Əliyev Dərin Özüllər Zavadunun tikintisi ilə bağlı Mərkəzdən yardım istəyəndə heç kimin ağlına belə gəlmirdi ki, zaman gələcək SSRİ adında imperiya çökəcək, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən zaman Bakı neftini dünyaya çıxartmaq üçün həmin dərin özüllər zavodunda istehsal olunan qurğulardan istifadə olunacaqdır.

Təbii ki, bunlar Heydər Əliyevin xidmətlərinin yüzdə biridir.  Heydər Əliyev bütün hakimiyyəti dövründə bir qarış torpağı qonşu dovlətlərə verməyib. Bu da onu göstərdirdi ki,  Heydər Əliyev təcrübəli olduğu qədər də cəsarətli dövlət başçıs idi.

1982-ci ildən sonra Heydər Əliyevin fəaliyyəti SSRİ  adlı  nəhəng imperiyanın -Mərkəzin idarəçiliyi ilə bağlı olur.  Heydər Əliyev sovet dövlətini idarə edən yeganə türk-müsəlmandır. O, SSRİ Nazirlər Soveti sədrinin I müavini, və Sov İKP siyasi büronun üzvü kimi  dünyanın altıda bir hissəsini əhatə edən nəhəng imperiyanın idarəçiərindən biri idi. Hətta görkəmli diplomat Qramokonun oğlu Qramokoya sual verəndə ki, bu dövlət çökməyə bilərdimi, deyirdi ki, mümkün idi, əgər hakimiyyətə Heydər Əliyevi gətirsəydilər. Soruşur ki, bəs niyə gətirmədilər, deyir ki, Heydər Əliyev Türk-müsəlman idi, slavyan əsilli deyildi. Yəni, Heydər Əliyevin potensialı  o qədər böyük idi ki, bu nəhəng imperiyanı da çox uğurla idarə edə bilərdi.

Təbii ki, Heydər Əliyev fəaliyyətini sovet dövrü 1978-ci ildə başa çatır. Heydər Əliyev ondan sonra bir müddət Moskvada yaşayır, fəaliyyətinin sonrakı dövrü -1990-93 cü ilər Naxçıvanla bağlıdır. Əgər  Heydər Əliyev o zaman Naxçıvanın harayına getməsəydi,  əhalini bir dəmir yumruğa çevirməsəydi, Qarabağın taleyi necə faciəli oldusa, Naxçıvanı da həmin təhlükə gözləyə bilərdi.  Heydər Əliyevin fəaliyyətinin sonuncu dövrü müstəqil Azərbaycanla bağldır.

 

- Ermənistanın Azərbaycana təcavüzü, daxili sabitiyin pozulması, yaradılan gərginlik ulu öndərin Azərbaycana qayıdışı ilə hansı tarixi hadisəyə çevrildi. 15 İyun - Milli Qurtuluş Günü kimi qeyd edəilən tarix günümüzə hansı “yol xəritəsini” hazırladı?

 

- 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışı Azərbaycanın ictimai-siyasi həyatnda bir inqilab oldu. Heydər Əliyev Naxçıvandan Bakıya gələrkən mənzərə çox ağır idi. Düşmən, erməni daşnaq qüvvələri Azərbycan torpaqlarının böyük bir hissəsini işğal edib, “Dağlıq Qarabağda” öz müstəqillklərini elan etmişdi. Qarabağ ətrafında nə qədər rayon varsa, o torpaqların işğal planı da hazır idi, o torpaqlar da işğal olunurdu. Çox təəssüf ki, bəzi Qərb dövlətləri də Ermənistana havadarlıq edərək, Ermənistanın bu siyasətini qəbul edir, onun reallaşmasına köməklik göstərirdilər. Ona görə də əslində dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edən bir dövlət müstəqilliyin şirinliyini dada bilmədi. Ermənistnın təcavüzkar  siyasəti, qonşu dövlətlərin Azərbaycana xain münasibəti bəlli idi. Qonşu dövlətlərin yaxından iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilirdi. Bu cəhdlərdən biri Gəncəddə həyata keçirildi və Azərbaycan vətəndaş müharibəsinin girdabına salındı. Səriştəsiz, zəif hakimiyyət və ölkə daxilində olan siyasi maraqların üst-üstə düşməməsi, düşmən münasibətlərin qaranması, qonşu dövlətlərin də bundan ustlıqla istifadə etməsi vəziyyəti son dərəcədə ağırlaşdırmışdı. Heydər Əliyev məhz həmin dövrdə Bakıya gəldi, “Gəncə hadisələri” ilə yaxından tanış oldu, qardaş qırğınının, müstəqil dövətin parçalanmasının qarşısını almaq üçün hər şeyindən keçdi. Bu hadisədən sonra Heydər Əliyev ölkənin parçalanmasının qarşısını ala bildi və Azərbaycan 1993-ci ildən beynəlxalq münasibətlərin subyekti kimi fəaliyyət göstərməyə başladı. Hansı ki, bu yolun üzərində milyonlarla qaçqın, köçkün var idi, bu yol ağrılı, çətin idi, dağılmış iqtisadiyyat, çökmüş dövlət büdcəsi, daxildə bir-birinə düşmən olan münasibətlər var idi. Heydər Əliyev bütün bu illər ərzində o münasibətləri qaydaya sala bildi və 2001-ci il dövlət müstəqilliyinin 10-cu ilində Heydər Əliyev rahat şəkildə bəyan etdi ki, artıq müstəqil Azərbaycan qurulub və müstəqil Azərbayacan demokratik yolla uğurla irəliləyir. Təsadüfi deyil ki, 15 iyun tarixində Heydər Əliyevin hakimiyyətə gəlişi bu gün Azərbaycan tarixinə Qurtuuş Günü kimi daxil olub.

 

- Elm-təhsil siyasətindəki hansı yenilikləri və uğurları ulu öndərin adı ilə əlaqələndirmək olar. Ulu öndərin elm-təhsil siyasəti bu gün necə inkişaf edir?

 

- Heydər Əliyev hakimiyyət illərində yaxşı bilirdi ki, Azərbaycanda ali məktəb açmaq mükmün olsa da, onu mütəxəssislərlə təmin etmək, bina əldə etmək uzun bir vaxt aparacaq və ürəyindən keçən arzunu, istəyi reallaşdıra bilməyəcək. Ona görə də hər il minlərlə Azərbaycan gəncini  SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərdi və bu da təhsillə bağlı ən böyük uğurlu işlərindən biri oldu.

Heydər Əliyevin fəaliyyətində təbii ki, elm və təhsil həmişə prioritet bir sahə olub. Onu da qeyd etmk lazımdır ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda kifayət qədər yeni ali məktəblər açıldı. Bununla da Heydər Əliyev təhsilə olan münasibətini bir daha əyani şəkildə  göstərirdi. O zaman ali məktəbləri açmaq üçün icazə Mərkəzdən gəlirdi, amma Heydər Əliyev prinsipial siyasəti nəticəsində  sonda qazanırdı. O.1971-ci ildə Naxçıvanski adına hərbi məktəbin açılması üçün az qala Mərkəzlə müharibəyə girdi və nəticədə istəyinə nail ola bildi. Onu da qeyd etmək lazımdır ki, I-II Qarabağ müharibəsində Naxçıvanski hərbi Məktəbini qurtaran zabutlərin müstəsana xidmətləri oldu. Çünki hərb elminə yiyələnmiş Azərbaycan gəncləri dövlətin ərazi bütövlüyünü qorumaq üçün əllərindən gələni etdilər. Heydər Əliyev müstəqil Azərbayacana rəhbərlik  etdiyi dövrdə də təhsil haqqında qanunaların  qəbul olunması, dərsliklərin yazılması, müstəqil ideologiyanın o dərsliklərdə hakim qüvvəyə çevrilməsi, cumhuriyyətin fəaliyyəti, 1918-ci il mart soyqırımı ilə bağlı 31 mart  fərmanının verilməsi, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyaysı ilə bağlı fərman və s addımar onu gösətrir ki, Heydər Əliyev üçün elm və təhsil, Azərbaycan dili, tarixi, mədəniyyəyi öndə gedir.  Azərbaycan dili ilə bağlı fərman və sərəncamlar, Azərbaycan ədəbiyyatı  ilə bağlı, “Kitabi Dədə Qorqud” eposunun yubleyinun keçirilməsi, Azərbaycan mədəniyyət xadimlərinin, elm adamlarının yubileylərinin keçirilməsi  Heydər Əlieyevin fəliyyəti dövründə xüsusi rol almışdı.  Xüsusilə, “Təhsil haqqında qanun”un qəbul olunması və orada milli düşüncə, milli prioritetlər, milli  həyat tərzi, milli ədəbiyyat, milli muzey, kitabxana və s. sahələrdə aparılan işlər Heydər Əliyevin xidmətidir. Bu siyasət bu gün də uğurla davam edir.

Heydər Əliyevin Azərbaycan cəmiyyəti üçün ən önəmli düşüncə tərzlərindən biri “Azərbaycançılıq ideologiyası” idi ki, bu gün uğurla davam edir. Yəni Azərbaycanda yaşayan bütün xalqlar bu ideologiya ətrafında birləşib və vahid  azərbaycançılığı təbliğ edirlər. 44 günlük vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı dəmir yumruq kimi birləşib. Bu birliyin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın etdi və bu müharibədə bütün Azərbaycan xalqı bir oldu - harda yaşamasından, hansı dildə danışmasndan asılı olmayaraq. Azərbaycançılıq ideologiyası bu insanları, xalqı vətən uğrunda müharibədə birləşdirə bildi.

 

- 15 iyun tarixi həm də 2021-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanmasının 3-cü ilidir. Necə hesab edirsiz, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərində hansı zirvədir?

 

- 15 iyun - Azərbaycan tarixinə yeni bir şərəfli zirvə gətirdi. Bu, 2021-ci ilin 15 iyununda Azərbaycanla Türkiyə Cumhuriyyəti arasında imzalanmış Şuşa Bəyannaməsi idi. Tarixdə çox az-az xalqlara nəsib olur ki, həm xalqlar, həm  dövlətlər, həm də dövlət başçıları bir-birinə qardaş desin. Bu nümunə Azərbaycanla Türkiyə Cumhuriyyətinə məxsusdur. Dövlət, xaql, dövlət başçıları bir-birinə qardaş deyir. Və təbii ki, bu münasibətlər 44 günlük müharibədə bütün dünyanın diqqət mərkəzində oldu.

Bizim torpaqlarımız işğal olunmuşdu, bizim insanlarımz qaçqın və köçkün həyatı yaşayırdı, bizim ərazi bütövlüyümüz pozulmuşdu. Və bu müharizədə Türkiyə Azərbaycan dövlətinin yanında oldu. 44 günlük müharibədən sonra bu münasibətləri o zirvəyə qaldırmaq lazım idi. 

Türkiyə Cumhuriyyətinin dövlət başçısının dili ilə desək, “Azərbaycana atılan daş, Türkiyəyə atılan daşdır”. Bu mənada 15 iyunda imzalanan sənəd həm də iki qardaş dövlət arasında müttəfiqlik sazişini imzalaması kimi tarixə düşdü. Bu, Azərbaycan xalqı üçün əhəmiyyətli bir hadisə idi. 44 günlük müharibə dövründə bir daha sübut olundu ki, Qərb dövlətləri nəyin bahasına olursa-olsun Ermənistanı qalib görmək istəyir, Ermənistan üçün əlindən gələni edir, hətta Rusiya Federasiyası Ermənistana ən müasir silahları, raketləri verə bildi. Amma Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi, Azərbaycan əsgərinin bu torpaqlar üçün şəhid olmasının nəticəsində Azərbaycan qalib gəldi və düşməni danışıqsız təslim olmağa məcbur etdi. Ona görə də 15 iyun müttəfiqlik sənədi Azərbaycanla Türkiyəni bir az da yaxnlaşdırdı, xüsusilə də 2023-cü il mayın 14-ü və mayın 28-də II turda keçirilən Prezident seçkiləri onu göstərdi ki, Türkiyə iqtidarı xalqın etimadını doğruldan bir iqtidardır. Azərbaycan bu seçkilərə müdaxilə etmək hüququnda deyildi, amma 10 milyonlq Azərbaycan da Türkiyə Cumhuriyyətinin yanında idi. Azərbaycan xalqının arzuları reallaşdı.

 

- Ölkəmizin Zəngəzur dəhlizi layihəsinin həyata keçirməsi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz olaraq, hansı maneələri aşmalıdır, “Şuşa Bəyannaməsi”  nə dərəcədə təhlükəsiziliyin qarantıdır?

 

- 44 günlük müharibə Azərbaycan tarixinə “Zəngəzur dəhlizi” ifadəsini gətirdi. Bu, böyük bir qəhrəmanlıq, mübarizə tarixidir. Cumhuriyyət dövründə Azərbaycan Zəngəzuru əlində saxlamaq üçün mümkün olanları etsə də, 1920-ci ilin aprelindən sonra sovet Rusiyası Azərbaycanın tarixi əraziləri olan Zəngəzurun böyük bir hissəsini Ermənistana verdi. Bununla da həm Zəngəzur iki yerə parçalandı, həm də Azərbaycanın tarixi torpaqları ermənilərin əlinə keçdi. Qərbi Azərbaycanda türk -müsəlman əhalini yox etmək üçün əvvəl 1948-53-cü illərdə, ən  nəhayət 80-ci illərin sonu. 90-cı illərin əvvəllərində bütün azərbaycan əhalisini öz ərazilərindən çıxardıb, tarixi torpaqlarımıza sahib durdular. Yer adları, dağ, dərə, çay adlarını dəyişərək erməniləşdirdilər.

Bu gün 44 günlük müharibə geosiaysi vəziyyəti dəyişdi. Azərbaycan təkidlə Zəngəzur dəhlizinin açılmasını istəyir. Bu, həqiqətən də təkcə Azərbaycana xeyir gətirən dəhliz deyil. Çox təəssüflər olsun ki, Azərbaycanın səyi, ədaləti Ermənistan tərəfdən qəbul olunmur. Ermənistan bir tərəfdən guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, guya dostluq münasibətləri qurmaq istəyir, o bir tərəfdən isə Aropanın - Fransanın köməyindən istifadə edərək burda siyasi vəziyyəti gərginləşdirib müharibəyə qədər aparmaq istəyir.  Məlumdur ki, bir neçə dəfə sərhəddə  toqquşmalar olub, hər dəfə də Ermənistan öz layiqli cəzasını alıb.

Təbii ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu dəhliz, Ermənistanın, Türkiyənin, Rusiyanın, İranın, həm də  Azərbaycanın maraqlarına xidmət edir. Ermənistan nə qədər müqavimət göstrəmiş olsa da Zəngəzur dəhlizinin açılması zəruridir. Azərbaycan tərəfi üzərinə düşən bütün öhtəliklərini vicdanla yerinə yetirib. İndi söz Ermənistan tərəfinindir...

Eyni zamanda Azərbaycan qalib dövlət kimi söz sahibi olduğu üçün Brüsseldə, Praqada, ABŞ-da və  Rusiyada gedən danışıqlarda tarixi diqtə edir, Ermənistanın borcu  bu diqtəni qəbul etməkdir.

- 2023-cü il 15 iyun tarixi  ölkə rəhbərinin dilindən Ermənistana, regionda marağı olan dost və düşmənlərə hansı müsajları və nəticəni vəd edir; Vətən Müharibəsindən sonra regionda və beynəlxalq müstəvidə inkişaf edən hadisələri müşahidə etsək, bu ili  1993-cu ildən başlayan  “QURTULUŞ”  yol xəritəsi”nin son ili kimi tarixə düşəcəkmi?

 

-Azərbaycanla-Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi” onu gəstərir ki, Azərbaycan həmişə Qafqaz evinin yaradılmasının təşəbbüskarı olub və bu gün də  o ideya uğrunda mübarizə aparır. Əslində “Qafqaz evi”nin yaradılması Qafqaz xalqlarının əminəmanlığı, Qafqaz dövlətləri arasında münasibətlərin inkişafı, tənzimlənməsidir. Bu münasibətlər olmasaydı, Bakı-Ceyhan-Neft kəməri Gürcüstandan keçməzdi və qonşu Gürcü dövləti bu kəmərdən xeyir götürməzdi. Biz  dövlət, xalq olaraq həmişə qonşu dövlətlərin də əminəmanlığı üçün əlimizdən gələni etmişik.

Azərbaycan 1993-cü ildən  bölgədə əminəmanlığın tərəfdarı kimi çıxış edib və 1994-cu ildə “Əsrin Müqaviləsi”nin imzalanması, Ermənistanla atəşkəsin elan  edilməsi göstərir ki, Azərbaycan müharibəni təbliğ edən dövlət kimi yox, müharibənin əleyhinə çıxış edir, xalqlar, dövlətlər arsasında  səmimi münasibətlərin yaranması üçün ən maraqlı təklifləri verib, danışıqlar aparır və nəticədə istədiyinə çatır.

Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərinin sırasındadır. Bu gün dünyanın ən nüfuzlu təşkilatları Azərbaycana hörmətlə yanaşır. Bu gün Qərb dövlətləri və liderləri Azərbaycan və onun liderini xüsusi hörmətlə qarşılayır. Bu gün Avropanın, Qərbin enerj böhranını aradan qaldırmaq üçün Azərbaycanın rəhbərinə çoxsaylı zənglər, xahişlər olunur. Bu gün Azərbaycanın dövlət başçısı müsəlman dünyasında böyük lider, dövlət başçısı kimi qəbul olunur və ilk çıxış ona verilir. Bu gün Türk dünyasında türk dövlətləri qardaş Azərbaycanı və onun dövlət başçısını böyük hömətlə qarşılayır. Və onlar Azərbaycanın qazandığı qələbəni xalqın, Ali Baş Komandanın qələbəsi kimi qəbul edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan 1993-cü ilin 15 iyunundan sonra  hər cür hədədən, qorxudan, işğaldan qurtarıb, özünün ərazi bütövlüyünü təmin edib. Azərbaycan demokratik yolla inkişaf edir, uğurları dünya tərəfindən qəbul olunur. /“Həftə İçi”/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı