“Danışıqlarda Laçınla bağlı heç bir irəliləyiş gözləmirəm”

12:25 16-05-2020 | icon 526 | Siyasət
“Danışıqlarda Laçınla bağlı heç bir irəliləyiş gözləmirəm”

Elxan Şahinoğlu: “İşğalçıya qarşı təzyiqi artırmadan Laçının da azad olunmasına müvəffəq ola bilmərik

 

“Erməni separatçı qüvvələrinin Şuşanı işğal etdikdən sonra əsas məqsədləri Laçını işğal etmək idi. Çünki Laçın onlar üçün nəfəslik rolunu oynayır. Ermənilər düşünürdülər ki, Laçını işğal etmədən Dağlıq Qarabağla əlaqə saxlaya bilməyəcəklər. Ona görə də 90-cı illərdə Laçını da itirdik”.

 

Bunu Laçının işğlalı ilə bağlı Versus.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq bildirib ki, Ermənilər bu bölgəni boşaltmaq istəmirlər. Sözdə Laçın karidorunun nəzarətə götürülməsindən danışılsa da, rayona bütövlükdə nəzarət etmək istəyirlər:

“Bu baxımdan da danışıqlarda heç bir irəliləyiş yoxdur. Amma bütün hallarda Azərbaycanın mövqeyi birdir - Laçın işğaldan azad olunmalıdır. Aparılan sülh danışıqlarında Azərbaycan üçün digər rayonlar kimi, əsas yerdə Laçının azad olunması məsələsi dayanır. Ermənilər bütün rayonlar kimi Laçını da boşaltmaq məcburiyyətindədirlər”.

 

E.Şahinoğlu bildirib ki, “Madrid prinsipi”nə görə ilk mərhələdə  5 rayon boşaldılmalı, sonra  Laçın, Şuşa Kəlbəcərin məsələsi həll olunmalıdır:

“Laçın ermənilər  üçün strateji əhəmiyyət daşıdığına görə ,onu sonrakı mərhələyə saxlamağa çalışırlar. Amma Torpaqların azad olunması, danışıqlarla mümkün olmayacaq, ancaq və ancaq təzyiqləri artırmalıyıq”.

 

Politoloq hazırki situasiyada ermənilərin torpaqları boşaltmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, əgər əvvəllər erməni separatçıları Laçını boş saxlayırdılarsa, artıq son illər çox pis həyəcanlı xəbərlər alırıq:

“Ermənilər Laçın və ətraf kəndlərdə məskunlaşdırma aparmağa başlayıblar. Bu o deməkdir ki, ermənilər heç bir halda Laçını boşaltmaq istəmirlər. Ona görə də danışıqlarda Laçınla bağlı heç bir irəliləyiş gözləmirəm. Digər rayonlar kimi, işğalçıya qarşı təzyiqi artırmadan Laçının da azad olunmasına müvəffəq ola bilmərik. Mütləq, işğalçıya qarşı təzyiqi artırmalıyıq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür