Milli Şura və siyasi iflasın təntənəsi

17:28 16-05-2020 | icon 459 | Siyasət
Milli Şura və siyasi iflasın təntənəsi

Əlisahib Hüseynov: "Bu qurumun lidercikləri xalqın qarşısına çıxıb üzr istəməli və siyasi müflisliklərini bəyan etməlidirlər"

 

""Milli Şura" Koordinasiya Mərkəzindəki məlum onlayn müzakirədə baş verən olaylar, səslənən fikirlər bu qurumun demokratiyadan, plüralizmdən nə qədər uzaq olduğunu bir daha gözlər önünə sərdi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri "demokrat" qiyafəsinə bürünmüş antidemokratik siyasətçi tipinə malik olduqlarını ortaya qoydular. Onun sözlərinə görə, daim hazırki iqtidarı insan haqlarını pozmaqda ittiham edən bu şəxslər özləri insan haqlarına tüpürdülər:

"Əvvəlcə cinsi azlıqları təhqir edənlər sonra da onlardan üzr istədilər. Amma maraqlıdır ki, nədənsə, yalnız cinsi azlıqlardan üzr istədilər. Təhqir etdikləri digər şəxslərdən, siyasi qüvvələrdən, xüsusən də Müsavat Partiyasının liderlərindən üzr istəmək isə heç yadlarına da düşmədi. İndi Eldəniz Quliyevin bu dırnaqarası "Milli Şura"nı tərk etməsini də başa düşmək və anlayışla qarşılamaq olar. Çünki özünə az da olsa hörmət edən istənilən bir şəxs etik qaydaların gözlənilmədiyi, siyasi əxlaqın mövcud olmadığı, "ikili standart"ların baş alıb getdiyi belə bir qurumun sıralarında heç bircə gün də qalmaz. "Milli Şura"nın həmin müzakirəsi siyasi iflasın təntənəsidir. Bu qurumun lidercikləri xalqın qarşısına çıxıb üzr istəməli və siyasi müflisliklərini bəyan etməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı