“Əksinə, zaman Ermənistanın əleyhinə işləyir” - MÜSAHİBƏ

19:08 16-05-2020 | icon 854 | Siyasət
“Əksinə, zaman Ermənistanın əleyhinə işləyir” - MÜSAHİBƏ

Bəhruz Məhərrəmov: “Ərazi bütövlüyünün bərpası məsələsində, Azərbaycana kiminsə razılığı lazım deyil”

 

26 ildir Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsinə baxmayaraq, bu illər ərzində aparılan sülh danışıqları heç bir nəticə vermir. Torpaqlarımız hələ də işğal altındadır. Hələ də separatçı Ermənistan nəinki danışıqlar yolu ilə torpaqlarımızın azad olunmasını düşünür, əksinə, Azərbaycan ərazilərinə olan iddialarını açıq şəkildə bəyanlamaqdan utanmır. Görünən odur ki, terrorçuluğu, faşist ideologiyasını təbliğ edən Ermənistan heç bir sülh danışıqlarına əhəmiyyət vermir.

 

Eləcə də, bu gün Azərbaycan ərazilərini işğalda saxlayan erməni separatçıları Paşinyan başda olmaqla Qarabağda keçirdiyi “seçki şousu”ndan, eləcə də son “Şuşa paradı”ndan eyforiyaya düşərək, “qalib” olduğunu zənn edir və özünü “Şuşanın sahibi” kimi aparır. Görünür ki, terrorçu ilə anladığı dildə danışmasaq, gözlənilən o “sülh sazişi” alınmayacaq. Ekspertlər, bunun üçün beynəlxalq aləmdə münbit şərtlərin hazırlanması, eləcə də sülhə gəlməyən erməninin məhz Rusiyanın əli ilə “razı salmağın” mümkünlüyünü irəli sürürlər. Maraqlıdır, “nazı ilə oynanılan Qarabağ erməni separatçılarının “sülhə dəvət olunması” üçün beynəlxalq ictimaiyyətə nə qədər vaxt tələb olunacaq və biz nə vaxta qədər gözləyəcəyik?

 

Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verən millət vəkili Bəhruz Məhərrəmov regionda sülh danışıqlarını təmin edə biləcək mühüm məqamlara toxunub.

 

- Bəhruz müəllim, bəllidir ki, bir sıra beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması, separatçı rejimin keçirdiyi son seçkiləri tanımamağı diplomatiyamızda əldə edilən uğur kimi qeyd olunur. Lakin bu mövqe separatçıya qarşı real təpki ilə ifadə edilmir. İndi isə Qarabağın azad olunması ilə bağlı aparılan hərbi əməliyyatların Rusiya ilə razılaşdırılandan sonra mümkünlüyü deyilir. Rusiya bu məsələdə bizimlə hansı halda razılaşa bilər?

 

- Əvvəlcə ondan başlayım ki, separatçıların seçki məsxərəsinə onların heç özləri ciddi yanaşmır. Bu baxımdan Qarabağda seçki, yalnız hansısa qeydə alınmamış QHT-nin idarə heyətinin formalaşdırılmasından fərqli bir şey deyil. Sualın məğzinə gəldikdə, biz elə bir qlobal siyasi mühitdə yaşayırıq ki, hər bir dövlət atacağı addımları və nəticələri hesablayarkən mütləq kənar reaksiyaları nəzərə alır. Biz də həmçinin, bölgədə İran, Türkiyə və Rusiya kimi güclərin addımlarımıza münasibətini nəzərə almaya bilmərik. Bu prqamatik yanaşmadır, realist düşüncədir. Dövlət idarəçiliyində, xüsusən xarici əlaqələr kontekstində xülyalara yer yoxdur. Məsələn, hansısa iqtisadi layihə reallaşdırarkən, yaxud beynəlxalq müqaviləyə qoşularkən qonşularımızla münasibətləri maksimal formada zədələməməyə can atırıq. Lakin indiki kontekstə, yəni, Azərbycanın ərazi bütövlüyünün bərpası məsələsində, Azərbaycana kiminsə razılığı lazım deyil və əks düşüncələr, fikirlər hesab edirəm ki, daha çox məişət səviyyəli yanaşma olar. Anlamalıyıq ki, müasir Beynəlxalq hüquq tamamilə başqa şey deyir. Bilirsiz ki, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var. Habelə, sənədin 25-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Yəni Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan tərəfindən şərtsiz icra edilməlidir. Belə olan halda hər iki maddə Azərbaycana işğal altında olan torpaqlarını hərbi yolla dageri qaytarmaq hüququnu tanıyır və bizim öz torpağımızı işğalçıdan, oğrudan, qəsbkardan, müharibə canilərindən azad etmək hüququmuzu kimsə məhdudlaşdıra bilməz və ümid edirəm ki, biz bu hüququmuzdan istifadə edərək erməniləri ərzilərimizdən süpürüb atacağıq. Erməni qan görməlidir ki, məsələnin vəhamətini anlasın, bizə ehtiram göstərməyin, bizimlə hesablaşmanın vacibliyini anlasın.

 

“Düşünməməliyik ki, Rusiya Ermənistanı Qafqazda bizə qarşı istifadə etmək üçün qoruyur”

 

- Hazırda Azərbaycanda Rusiyanın hansı təsirə malik olduğunu söyləmək olar? Eləcə də Rusiyanın Ermənistana hansısa təsir göstərəcəyini söyləmək nə dərəcədə reallığa əsaslanır?

 

- IX əsrdə İngiltərənin Baş naziri və 15 ildən artıq Xarici İşlər naziri olmuş Henri Palmerstonun “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var” prinsipinini yəqin ki, xatırlayırsız. Təbii ki, Rusiyaya münasibətdə də eyni prinsip keçərlidir. Biz iki əsr müəyyən fasilələrlə Rusiyanın təsiri altında yaşamışıq. Rusiyanın bizim fikir məfkurəmizdə, elm texnika və sənayeləşmə yolumuzda müstəsna rolu var. Üstəlik bizim rusdilli əhalimizin bu ölkəyə xüsusi isti münasibəti mövcuddur, habelə orta və yaşlı nəsil əhalimizin müəyyən qismində Sovet-rus xiffəti qalmaqdadır. Çoxəsrlik tarixə və dövlətçilik ən-ənəsinə malik rəsmi Moskva bu amilləri nəzərdən qaçırmayıb. Təbii ki, belə olan şəraitdə ölkədə Rusiyanın təsiri və təsir cəhdlərinin olmamasından danışmaq doğru olmaz. Lakin biri var təsir, biri də var suverenliyə müdaxilə. Bu gün Azərbaycan hakimiyyətinin ən böyük uğuru Rusiya, ABŞ və Avropa İttifaqı kimi nəhənglərlə münasibətdə dövlətimizin suverenliyini özünün diplomatik səyləri hesabına qoruya bilməsi, özünü bərabərhüquqlu tərəfdaş kimi qəbul etdirə bilməsidir. O ki qaldı Ermənistana, Rusiyanın Ermənistana təsirinə gərək yoxdur. Ermənistan Rusiyanın zatən bir əyalətidir. Mən hətta düşünürəm ki, Rusiyanın tərkibindəki Çeçenistan, Tatarıstan kimi dövlətlər daha müstəqildir nəinki Ermənistan. Ermənistan əvvəlki hakimiyyəti susmaqla bir növ bu ayıbına kor olurdu, Paşinyan iqtidarı isə baş nazirin özünün timsalında müstəqillik və demokratiya səhnəcikləri ilə reallığı, yəni əslində Ermənistanın müstəqilliyinə 21 il əvvəl son qoyulmasını hər ötən gün daha qabarıq ortaya çıxarmaqdadır.

 

- Erməni rəsmilərinin bu gün Qarabağda “inamla” hərəkət etməsinə güc verən nədir, kimdir. Əgər erməni lobbisinin, diasporasının güc və təsirindən danışılırsa, buna cavab olaraq Azərbaycanın bu sahədə hansı irəliləyişə nail olduğunu söyləmək olar. Niyə Azərbaycan lobbiçiliyi qurulmur?

 

- Ermənilər Qafqaza köçürüldükləri 200 il ərzində əvvəl Rusiya imperiyası, daha sonra SSRİ, hazırda isə Rusiya Federasiyası üçün bufer rolunu oynayıblar. Ayrı-ayrı məqamları çıxmaqla, bu günə qədər hələ ki, həmin buferdən tam təyinatı üzrə istifadə edilməyib. İstifadə edilsə belə, bu yalnız bir dəfəlik istifadə olacaq, yəni erməni xisləti davamlı tərəfdaşlıq üçün yararsızdır. Yəni, bu mənada biz düşünməməliyik ki, Rusiya Ermənistanı Qafqazda bizə qarşı istifadə etmək üçün qoruyur. Əsla. Rusiyanın Azərbaycan adlı problemi yoxdur, yeri gələndə Azərbaycanla əməkdaşlıq Moskva üçün maraqlıdır, daha güvənlidir, nəinki, təkistifadəli variant olan Ermənistan, yaxud tamamilə Rusiyaya arxa çevirmiş Gürcüstan. Düzdür öz forpostu kimi Moskva İrəvanı müxtəlif formalarda müdafiə edir, lakin inanmıram ki, nə qədər böyük dövlət olur olsun, Rusiya Azərbaycanla, xüsusən İlham Əliyev iqtidarı kimi səmərəli və faydalı əməkdaşlıq formulu tapmış bir hakimiyyətlə münasibətini korlamaq niyyətində ola. Əksinə, son onillikdə bu münasibətlər yüksələn xətt məcrası ilə inkişaf edir. Bir daha deyirəm, Ermənistan Rusiyadan dəstək alır, lakin, ermənilərin əsas gücü kilsələrində və lobbiçilik fəaliyyətlərindədir. Yəqin ki, Cəlil Məmmədquluzadənin "Erməni keşişi və azərbaycanlı axundun fərqi haqda" hekayəsini oxumusuz. Kilsənin rolu bax bu kiçik əsərdə aydın əks olunub. Erməni lobbisinə gəldikdə isə, gücü mübahisə olunmazdır. Xüsusən ermənilərin və kriptoermənilərin müxtəlif dövlətlərdə güc və nüfuz sahibi olması bəzən ayrı-ayrı dövlətlərin siyasətinin istiqamətinə təsir etməkdədir. Lakin bütün bunlar o anlama gəlməməlidir ki, Azərbaycanın qarşısında Ermənistanı müdafiə edən Rusiya amili, habelə erməni lobbisinin təmsil olunduğu ayrı-ayrı dövlətlər var və bu mənada biz tam gücsüzük. Əksinə, aprel döyüşləri də göstərdi ki, Azərbaycan yeri gələndə Ermənistana da, onun himayədarına da həm siyasi, həm hərbi güc nümayiş etdirmək, eyni zamanda beynəlxalq təzyiq mühiti yaratmaq imkanına malikdir. O ki, qaldı Azərbaycan lobbisinə, son bir neçə il öncəyə qədər Azərbaycan diaspora təşkilatının hər hansı xarici dövlətdə ən ciddi rəqibi elə digər Azərbaycan diaspora təşkilatı idi. Bu münasibətlər bəzən hətta düşmənçilik səviyyəsinə qədər irəliləyirdi. Habelə, diaspora fəaliyyətinin əvvəlki dövr üzrə əlaqələndirilməsi qənaətbəxş səviyyədə deyildi. Belə olan halda erməni lobbiçiliyi ilə mübarizədən danışmağa dəyməzdi. Lakin, İlham Əliyevin “Mən bütün dünya Azərbaycanlılarının Prezidentiyəm” tezisi Azərbaycan diaspora fəaliyyətində dönüşə səbəb oldu, habelə 2014-cü ildə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan Praqa sammitində cənab Əliyevin “Türkiyə nümayəndələri burda yoxdur, amma mən burdayam” deyərək Sarkisyanı susdurması ilə Azərbaycan güclü türk diasporunu da arxasına almış oldu. Artıq dünyada Erməni lobbisinin qarşısında daha güclü türk kimliyi, Azərbaycan diasporu durmaqdadır.

 

“…cib mediası yalnız müəyyən insanların keşiyində durmağa daha çox vaxt ayırıb”

 

- Hər ötən vaxt bizim əleyhimizədir. Dünyanın yeni nəsli Qarabağda erməni əhalisini görməyə vərdiş edir. Bunun əksini sübut etmək üçün təbliğatımız nə dərəcədə yetərlidir?

 

- Bizim çoxumuz heç vaxt Cənubi Azərbaycanda olmamışıq, lakin hamımız Təbriz həsrəti çəkirik. Bu baxımdan Qarabağın da Zəngəzurun da xiffətini zaman unutdura bilməz. Yəqin ki, aprel döyüşlərində küçələrə axışan, dəstək şüarları səsləndirən, müharibəyə könüllü olaraq getmək istəyən minlərlə gənci xatırlayırsız, onların heç biri nə Qarabağ, nə də Şuşa görməyib. Lakin gen, qan onu küçələrə çıxarmışdı ki, torpağına, xalqına, dövlətinə dəstək versin. Bütün bunların fonunda, əksinə, zaman Ermənistanın əleyhinə işləyir. Ölkədən miqrasiya, əhali sayının sürətlə azalması, iqtisadi blokada, III ölkələrin yardımları hesabına yaşam uzunmüddət davam edə bilməz. Düzdür, ermənilər demokratiya imitasiyası ilə prosesə mane olmaq, fərqli imicdə yaşamını uzatmağa cəhd edir. Bu baxımdan bir sıra beynəlxalq təsisatlardan, məsələn Avropa Şurasından davamlı dəstək almaqdadır. Lakin quyuya su tökməklə olmaz, Ermənistanı latınların, ən yaxşı halda isə qaraçıların taleyi gözləyir. Bu istiqamətdə təbliğata gəlincə, cənab İlham Əliyevin, habelə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın titanik fəaliyyəti, habelə, Heydər Əliyev Fondunun, xüsusən Leyla xanım Əliyevanın başlatdığı kampaniyaları çıxmaqla, bu günə qədərki təbliğatımız ürəkaçan olmayıb. Azərbaycanda əvvəllər bu sferaya cavabdeh olan şəxslərin formalaşdırdığı “cib mediası” yalnız müəyyən insanların keşiyində durmağa daha çox vaxt ayırıblar, nəinki ümummilli məsələlərə. Lakin islahatlar artıq bu sahəyə də doğru uzanmaqdadır, dəyişiklikləri isə indidən hiss etmək mümkündür. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür