Çimərliklərə icazə verilir

12:38 17-05-2020 | icon 486 | Sosial
Çimərliklərə icazə verilir

Dünyanı olduğu nöqtədə qalmağa vadar edən COVİD-19 pandemiyası səbəbindən tətbiq olunan qadağaların bir qismi yumşaldılsa da, hələ də normal həyata dönmək mümkün olmayıb. Qarşıdan yay və dəniz mövsümü gəldiyindən, çimərliklərin açılıb-açılmayacağı ilə bağlı da qeyri-müəyyənlik hökm sürür.

 

Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çimərlik mövsümü ilə bağlı sualı cavablandırarkən, dəniz suyunda virusun ömrünün az, yoluxma ehtimalının aşağı səviyyədə olduğunu açıqlaması nikbin düşünməyə əsas verir.

 

Bəs, çimərliklər mövsümə hazırdırmı?

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, təmsil etdiyi qurum koronavirus pandemiyası dövründə adi iş rejimində çalışır:

“Belə ki, nazirlik vəzifələrinin icrasını xüsusi karantin rejimi ilə bağlı mövcud tələb və tövsiyələrə uyğun şəkildə davam etdirir. Bu çərçivədə, FHN su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə düşən vəzifələrin icrasını müvafiq qaydada təmin edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol