"Biz Laçını qoruya bilmədik"

13:17 17-05-2020 | icon 1025 | Siyasət
"Biz Laçını qoruya bilmədik"

Fuad Əliyev: "Şuşa və Laçın torpaqları xəyanətin qurbanı oldu"

 

"Laçının işğalı Dağlıq Qarabağın itirilməsinə gətirdi. Ermənilər üçün Laçın böyük əhəmiyyət kəsb edən, strateji bir rayon idi. Qarabağı Ermənistanla birləsdirən bir ərazini işğal etmək onlara çox vacib idi və bu onlar üçun “hayat yolu” idi. Bu prosesdə ermənilərin hansı havadarların dəstəyindən istifadə etmələrinə baxmayaraq, fakt faktlığında qalır. Təəssüf ki, biz Laçını qoruya bilmədik".

 

Bunu Laçının işğalının 28-ci ildönümü ilə bağlı Versus.az-a açıqlamasında ALDP sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri Şuşadan sonra Laçının itirilməsini, həmin vaxt hakimiyyət uğrunda mübarizəyə qoşulan bəzi qüvvələrin ölkədə nizamsızlıq yaratmasının təsir göstərməsini də istisna etmədi:

"Düşmən öz məqsədi uğrunda irəlilədikcə, bəzi hərbi hissələrimiz döyüş mövqelərini tərk edərək Bakıya qayıtdılar. Bununla da Şuşa və Laçın torpaqları xəyanətin qurbanı oldu".

 

F.Əliyev hesab edir ki, bu problemi həmin dövrdə beynəlxalq miqyasda həll edə bilməzdik. Çünki hakimiyyət krizisi var idi:

"Sonra atəşkəs rejimi dövründə danısıqlar başlandı. Bəlkə də əvvəl hardasa inam var idi ki, danışıqlar yolu ilə biz torpaqları qaytara bilərik. İllər keçdikcə buna inam qalmadı. Hesab edirəm ki, biz müharibəyə hazır olmalıyıq va bu istiqamətdə ciddi işlər aparmalıyıq. Paralel olaraq beynəlxalq arenada ermənilərə təzyiqləri gücləndirməliyik. Bu işdə XIN, Diasporla is üzrə Dövlət Komitəsi, Media nümayəndələri, QHT, siyasi partiyalar və adi vətəndaslar bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Bu məsələdə heç kəs kənarda qalmamalıdır".

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI