İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci

16:39 18-05-2020 | icon 883 | Cəmiyyət
İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci

“Bu ağır pandemiya şəraitində İstanbulda yaşayan sənədsiz azərbaycanlı ailələrindən birində dünyaya gələn ekiz uşaqlarına Mehriban və Əminə adı qoyulub”.

 
 
Bu barədə Versus.Az-a açıqlamasında qardaş Türkiyə Respublikasında yaşayan sənədsiz azərbaycanlıların problemləri ilə məşğul olan ictimai fəal, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdi bildirib.
 
 
K.Haqverdi qeyd edib ki, bu gün səhər saatlarında İstanbulun Sultan çiftliyi bölgəsində yerləşən Sultan Çiftliyi özəl Bahat xəstəxanasında bu şəhərdə sənədsiz yaşayan azərbaycanlılardan Ayxan İsmayılov və Nərmin Rəsulova cütlüyünün ekiz qızları dünyaya gəlib. Onun sözlərinə görə, hal-hazırda körpələr xəstəxanadadırlar və vəziyyətləri qənaətbəxşdir:
 
“Körpələrin valideynləri qızlarına Türkiyə və Azərbaycan qardaşlığının şərəfinə Mehriban və Əminə adlarını qoyublar. Ümid edirəm ki, bu körpələrin ayaqlarına hər iki dövlətə düşərli olar və tezliklə dünyanı öz cənginə alan pandemiyanın qara buludları başımızın üstündən çəkilər”.
 
 
Xatırladaq ki, ekiz qızları dünyaya gələn cütlük Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin sənədsiz Azərbaycanlılarla bağlı hazırladığı siyahıdadır.
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...