həkimlər üçün 50 min tibbi eynək

11:29 19-05-2020 | icon 496 | Sağlamlıq
həkimlər üçün 50 min tibbi eynək

BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib.

 

Versus.Az BMT-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, içində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib:

 

“Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satınalınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq”.

 

“Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir”,-deyə BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı