Baş Prokurorun yeni köməkçiləri kimdir?

11:33 19-05-2020 | icon 738 | Gündəm
Baş Prokurorun yeni köməkçiləri kimdir?

Baş prokuror Kamran Əliyevə yeni köməkçilər təyin edilməsi haqda rəsmi açıqlama verilib.

 

Versus.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün "facebook" hesabında açıqlama yayaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

 

Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.

 

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

 

Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norveç, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirib.

 

Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.

 

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

 

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.

 

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

 

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edib.

 

Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...