“Milli Atçılıq Festivalı” keçiriləcək

11:40 30-05-2018 | icon 660 | Gündəm
“Milli Atçılıq Festivalı” keçiriləcək

Azərbaycan Atçılıq Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verəcək.

 

Federasiyadan Versus.Az-a verilən məlumata görə, 2-17 iyun tarixlərini əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər baş tutacaq.

 

Əvvəlcə iyunun 2-si Binə Atçılıq Mərkəzində Cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.

 

5, 6, 7 və 9 iyunda isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarixlərində oynanılacaq təsnifat mərhələlərinin ardında 7 iyun tarixində yarımfinal oyunları təşkil olunacaq. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edəcək.

 

Ardınca iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri baş tutacaq. Elite Horse & Polo Club-un yaşıl arenasında keçiriləcək turnir 2 kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 000 manat təşkil edəcək.

 

15-17 iyunda isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq 6-cı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun olacaq. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”