“Əminliklə deyirəm ki, hələ belə məzarlıqları çox aşkar edəcəyik”

13:00 22-06-2023 | icon 963 | Siyasət
“Əminliklə deyirəm ki, hələ belə məzarlıqları çox aşkar edəcəyik”

Çingiz Qənizadə: “Bu, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qətliamların bir nümunəsidir”

 

“Ağdamın Sarcalı kəndi ərazisində tapılan kütləvi məzarlıq erməni faşizminin vandallığının daha bir sübutudur. Bu, Ermənistanın ərazilərimizi iğal etdiyi bir dövrdə mülkü, dinc əhaliyə qarşı törətdiyi qətliamların, soyqırımların bir nümunəsidir. Acı da olsa əminliklə deyirəm ki, biz hələ belə məzarlıqları çox aşkar edəcəyik”.

 

Versus.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə Ağdamda tapılan kütləvi məzarlığın ortaya qoyduğu hüquqi faktlarla bağlı açıqlamasında bildirib.

 

Ç.Qənizadə qeyd edib ki, hələ “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası”nın üzvü olarkən artıq işğal olunmuş ərazilərdə mülkü vətəndşlarmızın, əsgərlərimizin öldürülüb basdırıldığı kütləvi məzarlıqların olmasına dair məlumatlar olub. O, bununla belə, tezliklə torpaqların işğaldan azad olunmasna və bu məzarlıqların aşkar olunmasına ümid və təsəli olaqar yanaşdıqlarını deyib.

 

Ç.Qənizadə qeyd edib ki, bir nəfərin ölümünə görə, beynəlxal müstəvidə səs-küy yaradan təşkilatlar, dövlətlər 3 min 890 nəfər itkin düşmüş, girov və əsir düşmüş Azərbaycan insanının taleyinə biganədir. Onun sözlərinə görə, hazırda aşkar etdiyimiz kütləvi məzarlıqlar məhz o itkinlərimizin artıq dünyada olmadığını, onların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı iddiaları təsdiqləyir:

 

“Amma dünya buna susur. Çox təəssüflər olsun ki, dünyada ikilistandartlar mövcuddur. Dünya dövlətlərinin siyasi ambissiyaları, eyni zamanda ermənilərin dünyada apardığı təbliğat, xaricdəki lobbilərinin apardığı işlər dünyanın bizim həqiqətlərimizə göz yummasına şərait yaradıb. Belə olmasaydı, 30 ilə yaxın müddətdə Azərbaycanın 7 rayonu daxil olmaqla ərazisinin 20 faizinin işğalına göz yummazdılar. Ermənistana sanksiya tətbiq edib, ərazilərin boşaldılmasına məcbur edərdilər.  BMT-nin bununla bağlı qətnaməsi olsa da, amma bu, kağız üzərində olan bir qətnamə idi”.

 

Ç.Qənizadə hesab edir ki, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər təbliğat aparır. O, bildirib ki, Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdə əsir və itkin düşənlərimizin taleyi ilə bağlı məsələni qabartması, Ermənistan üzərinə öhtəliyin qoyulmasına nail olunması onu göstərir ki, biz bu məsələnin həllində ən yüksək səviyyədə maraqlıyıq:

 

“Amma Ermənistanı nə əsir və itkin düşmüş şəxslərin taleyi, nə də minalanmış sahələrin xəritələrini qaytarmaq narahat etmir. Biz hələ də həmin ərazilərdə mina qurbanlarının şahidi oluruq”.

 

Bununla belə hüquqşünas hesab edir ki, bu, dünyada olan ikilistandartların təzahürü olsa da, ruhdan düşmək lazım deyil. Onun fikrincə, bu gün zaman Azərbaycanın xeyrinə işləyir, dünya ictimaiyəti artıq erməni yalanlarına inanmır:

 

“Öz havadarlarına belə arxa çevirən Ermənistan siyasi hakimiyyəti bu gün dünyada təklənmək üzrədir, çünki onlar işğalçıdır, cinayətkardırlar. Azərbaycanın beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımlarda uğurlar əldə etdiyinin şahidiyik və sonda Azərbaycan özünün istək və arzularına nail olacaq”.

 

Ç.Qənizadə bildirib ki, kütləvi məzarlıqlar onu göstərir ki, Ermənistan insanlığa qarşı çox azğın bir formada  cinayətlər törətmiş bir dövlətdir:

 

“Ermənistanın müxtəlif vaxtlarda hakimiyyətdə olan azğınları bir-birini əvəzləməklə dinc əhaliyə qarşı belə qətliamlar törədib, bir çox beynəlxalq konvensiyaların tələblərini pozublar. Təəssüf ki, faşist xislətli cılız bir dövlətin cəzalanması istəyi dünya dövlətləri tərəfindən yetərincə deyil”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...