“Ermənilərə hərbi gücümüzü hiss etdirməliyik”

16:30 19-05-2020 | icon 663 | Geopolitika
“Ermənilərə hərbi gücümüzü hiss etdirməliyik”

Aydın Quliyev: “Bu üç dövlətin Minsk Qrupundakı təmsilçiləri Paşinyanın “ınnaqurasiyada” iştirakını öncədən ifşa edən bəyanatla çıxış etməlidir”

 

“Paşinyanın Dağlıq Qarabağda heç bir hüquqi əsası olmayan "innaqurasiyada" iştirakı əleyhinə kəskin cavab tədbirlərinin görülməsi zəruridir. Lakin işğal olunmuş ərazilərimizi dərhal  bombalamaq uğurlu cavab sayıla bilməz”.

 

Bunu Versus.az-a politoloq Aydın Quliyev Paşinyanın 21 mayda Şuşada keçirəcəyi “innaqurasiya” mərasimi ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, ölçülüb-biçilmədən atılan hər bir addım bizim özümüz üçün ziyanlı ola bilər. Onun fikrincə, problemi bir an içində həll etməyə hesablanmış addımlar bizə faydadan çox, fəlakət gətirə bilər:

“Lakin ermənilərin işğal altında qalan ərazilərimizdə özbaşınalıq etmələrinə qarşı çoxlu cavab xarakterli tədbirlər həyata keçirmək olar. Məsələn, Ermənistan son günlər koronavirusun yayılmasına görə az qala dünya lideri olub. Bütün dünya üzrə virusa yoluxma cəmi 1-3 faiz artdığı halda, Ermənistanda proses "fontan vurur" -5-8 faiz. Ümumdünya Səhiyyə Təşkilatının diqqətini ermənilərin bu ağır dövrdə, yoluxma risqini artıran tədbirlər həyata keçirməsinə yönəldib, Ermənistanı beynəlxalq təzyiq altında qoymaq lazımdır”.

 

A.Quliyev eyni zamanda vurğulayıb ki, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinə rəsmi müraciət edərək, Paşinyanın  təcavüzkar siyasətə açıq dəstək hərəkətlərindən çəkindirməyə yönəltmək lazımdır:

“Bu üç dövlətin Minsk Qrupundakı təmsilçiləri Paşinyanın “ınnaqurasiyada” iştirakını öncədən ifşa edən bəyanatla çıxış etməlidir. Paşinyan bu hərəkətlə əslində regionda sülhün bərpa olunma perspektivlərini sadəcə məhv edir. Odur ki, bu günlərdə həmsədr ölkələrin xüsisilə məsuliyyət daşıması Azərbaycan tərəfdən açıq qeyd edilməlidir”.

 

A.Quliyev bildirib ki, hazırda Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərin hücum xarakterli olduğu barədə dünyaya aydın mesajlar verilməlidir:

“Rəsmi dövlət və ictimai təbliğat tezislərində müəyyən dəyişikliklər etmək, ermənilərə hiss etdirmək lazımdır ki, Ermənistan prezidentinin qərargahını hətta Xankəndinə köçürsələr də, ərazilər mütləq qaytarılacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin